PDF Oxu

Sosial

  • 27

YENİLƏŞƏN VƏ İNKİŞAF EDƏN PARTİYA

YENİLƏŞƏN VƏ İNKİŞAF EDƏN PARTİYA

Dünən YAP Yardımlı rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans öz işinə başlamazdan öncə konfrans nümayəndələri və dəvət edilmiş qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, Onun abidəsi önünə əklil və gül dəstələri düzdülər.

YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev konfrans nümayəndələrini və qonaqları salamlayaraq, konfransı açıq elan etdi. M.Mirzəyev çıxışında vurğuladı ki, Yeni Azərbaycan Partiyası özünün mütəşəkkilliyi, çevikliyi və monolit siyasi qüvvə olması ilə fərqlənmiş, partiya üzvləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ideyalarına sədaqətini qətiyyətli və ardıcıl surətdə bir daha nümayiş etdirmişdir: "Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda təkrarsız, unikal dövlət - idarəçilik məktəbi yaratdı və onu xalqımız üçün bir irs qoydu. Heç kimə sirr deyildi ki, Onun banisi olduğu siyasi kursun novatorluqla irəli aparılması uzaqgörənlik, çeviklik və böyük siyasi iradə tələb edirdi. Artıq 19 ildir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərir və bu gün cənab İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir".

YAP Yradımlı rayon təşkilatının uğurlu fəaliyyətinə də toxunan M.Mirzəyev qeyd etdi ki, rayon təşkilatı özünün VI konfransdan ötən müddətdəki fəaliyyətini daha da canlandırıb, partiya üzvlərinin sayı xeyli artıb. Eləcə də, bu müddət ərzində keçirilən bütün seçkilərdə YAP Yardımlı rayon təşkilatı fəallığı ilə seçilib. Həm seçicilər arasında maarifləndirmə işlərinin, həm də partiyanın təbliğatının aparılmasında Yardımlı rayon təşkilatı tərəfindən əhəmiyyətli tədbirlər gerçəkləşdirilmişdir: "Elektoratın öyrənilməsi ilə bağlı partiyanın tərtib etdiyi iş qrafikinə təşkilatımız da əməli işi ilə cavab vermişdir. Partiya fəalları ilə mütəmadi surətdə seminarlar keçirilmiş, onların üzərinə konkret vəzifələr qoyulmuş, seçicilərlə fərdi qaydada aparılan işin nəticəsində uğurlar əldə edilmişdir".

M.Mirzəyev YAP Yardımlı rayon təşkilatının üzvləri barədə də məlumat verdi. Bildirdi ki, rayon təşkilatının 2718 nəfər üzvü vardır: "YAP Yardımlı rayon təşkilatı üzrə 61 ilk təşkilatlardan konfransa 106 nəfər numayəndə seçilmiş və hazırda konfransda 103 numayəndə iştirak edir. Konfrans nümayəndələrindən 21 nəfəri gənc, 5 nəfəri qadın, 93 nəfəri ali təhsilli, 11 nəfəri isə orta təhsillidir. Numayəndələrin 28 nəfəri təhsil , 6 nəfəri səhiyyə, 40 nəfəri dövlət idareətmə, 10 nəfəri bələdiyyə, 4 nəfəri özəl sahibkarlıq, 18 nəfəri isə digər sahələrdə çalışanlar və təqaüdçülərdir".

M.Mirzəyev çıxışının sonunda onu da vurğuladı ki, YAP Yardımlı rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən, təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatında fəal iştirak edir, öz fəaliyyətləri ilə rayonun inkişafına xidmət edirlər.

YAP Yardımlı rayon təşkilatının gənclər birliyinin sədri Anar Alışov, YAP Yardımlı rayon təşkilatının qadınlar şurasının sədri İfadə Ağayeva, YAP Yardımlı rayon təşkilatının idarə heyətinin üzvüləri Ayaz Əliyev, Təhməz Əsmətov, YAP Şəfəqli ilk partiya təşkilati sədri Həbib Qənbərov və digərləri öz çıxışlarında ölkədə keçirilən düzgün, uzaqgörən, uğurlu sosial-iqtisadi siyasətin və davamlı islahatların nəticələri, eləcə də, bütün bu uğurlarda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin mütərəqqi siyasəti barədə fikirlərini bildirdilər. Onlar bir daha vurğuladılar ki, Yeni Azərbaycan Partiyası hər zaman yalnız uğurlara, tərəqqiyə istiqamətlənmiş siyasət yürüdən monolit siyasi təşkilatdır.

Sonra rayon təşkilatının ötən dövrdəki fəaliyyətinə münasibətlər bildirildi və həmin fəaliyyət qənaətbəş hesab edildi. Eyni zamanda, YAP Yardımlı rayon təşkilatının şura üzvülüyünə 35 nəfər seçildi. Həmçinin, YAP Yardımlı rayon təşkilatının idarə heyətinə 11 nəfər, YAP Yardımlı rayon təşkilatına 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Mahir Mirzəyev yekdilliklə YAP Yardımlı rayon təşkilatının sədri seçildi.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev öz çıxışında bir daha bildirdi ki, Yeni Azərbaycan Partiyası cəmiyyətdəki siyasi ahəngdarlığın təminatçısı kimi Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi naminə praktik olaraq öz ətrafında ölkənin ən sağlam qüvvələrini birləşdirib: "YAP ötən 19 il ərzində böyük inkişaf yolu keçmiş, bu gün Ulu Öndərin əsasını qoyduğu tərəqqi Prezident İlham Əliyev tərəfindən uğurla, davamlı şəkildə həyata keçirilir. Biz də partiyanın təmsilçiləri olaraq, bundan fəxr duyur, Prezidentimizin ətrafında daha sıx birləşirik".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə ilk öncə yeni seçilən tərkibə uğurlar arzulayaraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti partiya rəhbərliyinin, fəal gənclərin, fəal partiya üzvlərinin apardıqları mütəşəkkil işlərin nəticəsidir: "Bu mütəşəkkillik, uğur və potensial hər birimizə Ulu Öndər Heydər Əliyev siyasətinin aşıladığı ali dəyər, ali məfhumdur. Bu gün bizim hər birimiz Prezident İlham Əliyevin ətrafında mütəşəkkil olaraq birləşmişik və Onun yürütdüyü mütərəqqi siyasətini bundan sonra da dəstəkləyəcəyik".

Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının zona üzrə təlimatçısı Kamal Seyidov qonaq qismində iştirak ediblər.

Sonda konfrans tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevə müraciət qəbul olundu.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər