PDF Oxu

Sosial

  • 40

Qarşılıqlı qisas

Qarşılıqlı qisas

Müsavat-AXCP (i) arasında cərəyan edən intriqalı mübahisələr özünün yeni fazasına qədəm qoyub. Xatırladaq ki, hələ İbrahim İbrahimli, Adil Qeybulla, Qabil Hüseynli və Sülhəddin Əkbər, "Müsavat birləşməyə hazır deyil" deyərək, təşkilatdan istefa verdilər. Məsələn sabiq məclis sədri S.Əkbər istefadan öncə bəyan edirdi ki, Müsavat rəhbərliyi bu mövzuda artıq öz qərarını verib. Belə ki, özündən sonra başqan postunda Arif Hacıyevi görən, ona etibar edən İsa Qəmbərov AXCP (i) ilə birləşməyə razı deyildi və bundan sonra da olmayacaq. Və sabiq Müsavat yetkilisinin proqnozu özünü doğrultdu. Yəni məlum oldu ki, artıq Müsavatda söz sahibinə çevrilmiş A.Hacıyev qruplaşması AXCP (i) ilə birləşmək istəmir. Məhz bu istək istefa verənlər vasitəsilə cəmiyyətə aydın olandan sonra AXCP (i) sədri Əli Kərimov hücum xarakterli hərəkətə keçdi. "Cəbhə" rəhbərliyi özlərinə məxsus olan mətbuatda və saytlarda istefa verən müsavatçılara aşkar şəkildə dəstək verməklə Müsavatı ikiqat zərbə altına almaq taktikasını icra etdi. Ə.Kərimovun göstərişi ilə istefa verənləri AXCP (i)-yə yaxın qəzet və saytlarda Müsavat başqanını və onun əlaltılarını müxalifətin birliyinə mane olmaqda, şəxsi maraqlarını güdməkdə günahlandırdılar. Hətta bəzi məqamlarda bir az da qabağa gedərək İ.Qəmbərovu aşağılamaqdan, təhqir etməkdən də çəkinmədi. Nəticədə psixoloji müharibə başda İ.Qəmbərov da olmaqla Müsavat rəhbərliyini tamamilə özündən çıxardı, onların aqressivləşməsinə səbəb oldu.

İlkin olaraq, Müsavat AXCP (i)-ni öz qərargahından qovdu və bununla da "birlik" ümidlərinə nöqtə qoyuldu. Lakin AXCP (i) daxili savaşını davam etdirərək, Müsavatı içdən çökdürmək niyyətini daha da kəskinləşdirdi. Həmin zamanlar verdikləri açıqlamalarında S.Əkbər, Ə.Kərimov birgə bəyanatlar səsləndirirdilər ki, "birləşmə" məsələsi qurultaya qədər həll ediləcək. Amma İ.Qəmbərovun yaxın ətrafı "birləşmə" danışıqlarına nöqtə qoyulduğunu qətiyyətlə bildiriblər. Eyni zamanda, belə görünür ki, Müsavat rəhbərliyi rayon təşkilatlarında belə bir təbliğat aparırdı ki, "birləşmə" danışıqlarına son qoyuldu. Lakin "cəbhə" rəhbərləri belə düşünmür. Onlar bu gün də Müsavat partiyasını möhkəmcə şəkildə silkələməkdə davam edirlər. Məqsəd isə adi və primitivdir - Müsavatı parçalamaq, tamamilə sıradan çıxarmaq, A.Hacıyevin fəaliyyətinə son qoymaq, ən yaxşı halda ona dar, azsaylı bir elektorat saxlamaqdır. Son 16 illik tarix də göstərir ki, Müsavat 16 il öncə "cəbhənin" başına açdıqları oyunların adekvat cavabını alır və bu şəkildə cəzasını çəkir...

RÖVŞƏN

Digər xəbərlər