Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icması ilə Berlində dialoqda iştirakdan imtina etməsi ermənilərin Dağlıq Qarabağda guya tək yaşadıqları barədə stereotiplərin tədricən məhv olduğunu sübut edir. Azərbaycanlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov belə hesab edir.
"Dağlıq Qarabağın erməni icmasının bu həftə Berlində keçirilən "Dialoq-forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin görüşü" adlı tədbirdə iştirak etməməsi göstərdi ki, ermənilər belə görüşlərin onların həmin ərazidə guya tək olduqları barədə mifləri dağıtdığını anlayırlar", - politoloq Trend-ə tədbirin yekunlarını şərh edərkən bildirib. Noyabrın 28-də Berlində "Dialoq-forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin görüşü" adlı tədbir keçirilib. Tədbirə dəvət olunmuş Dağlıq Qarabağın erməni icmasının nümayəndələri dialoqda iştirak etməyə razılıq versələr də, sonradan bundan imtina ediblər.
Rasim Musabəyovun sözlərinə görə, görüşün məqsədi alman ictimaiyyətinin Dağlıq Qarabağda yalnız Azərbaycandan ayrılmaq istəyən, lakin Azərbaycanın buna yol vermədiyi erməni icmasının olduğu barədə səhv təsəvvürləri dəyişmək idi. Politoloqun fikrincə, Dağlıq Qarabağın erməni icmasının dialoqdan imtina etməsi göstərir ki, Azərbaycan xeyli dərəcədə bu stereotipləri sındırmağa nail olub.