PDF Oxu

Sosial

  • 23

“Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilidi

“Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilidi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) səyi ilə "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığın artırılması məqsədilə tədris proqramının hazırlanması" layihəsi əsasında hazırlanan "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda" Tədris Proqramının təqdimatı keçirilidi. Tədbirdə MŞ-nin sədri Əflatun Amaşov, Təhsil Nazirliyinin şöbə müdiri Bayram Hüseynzadə YUNESKO-nun Azərbaycan Milli Komitəsinin sədri, akademik Orxan Ələkbərov, YUNESKO-nun Moskva bürosunun kommunikasiya və informasiya üzrə müşaviri Svetlana Knyazyeva, BAMF-nin sədri Umud Rəhimoğlu və BDU-nun kafedra müdiri Cahangir Məmmədli iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Ə.Amaşov qeyd etdi ki, bu tədbir MŞ-nin YUNEKO ilə birgə keçirdiyi ikinci tədbirdir. "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda" Tədris Proqramının təqdimatının keçirilməsi əlamətdar bir hadisədir. Qeyd etməliyəm ki, Bakı Dövlət Unversiteti ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən digər unverisitetlərin də jurnalistika fakültələrində bu layihəni tədris proqramı kimi həyata keçirəcəyik."-deyə Ə.Amaşov əlavə etdi.

Daha sonra YUNESKO-nun Azərbaycan Milli Komitəsinin sədri, akademik O. Ələkbərov qeyd etdi ki, Heydər Əliyev Fondu və fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilin inkişafındakı xidmətləri böyükdür: "YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər ölkə daxilində, istərsə də xarici ölkələrdə bir çox layihələri həyata keçirir. Yüzlərlə məktəblər və uşaq bağçaları inşa edilib. Bu, Azərbaycan dövlətinin və eyni zamanda, respublikanın birinci xanımı Mehriban Əliyevanın təhsilə diqqət və qayğısı deməkdir." Akademik onu da vurğuladı ki, bu layihənin həyata keçirilməsi təhsilə öz müsbət töhfəsini verəcək.

Qeyd olunan layihəyə görə, MŞ-yə minnətdarlığını bildirən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri B.Hüseynzadə çıxışında bildirdi ki, bu layihə çox əhəmiyyətlidir və təhsillə bağlı layihədir. Bu layihə unversitetlərin jurnalistika fakültəsində təhsil alan tələbələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Biz də Təhsil Nazirliyi olaraq, bu cür layihələrin həyata keçirilməsinə öz dəstəyimizi göstərmişik və bu gündən sonra da bu dəstək davam edəcək.

BAMF-nin sədri U.Rəhimov vurğuladı ki, bu gün iqlim dəyişmələri mühüm məsələlərdən hesab olunur. Biz də hər zaman bu sahəyə diqqət ayırmalıyıq. Daha sonra çıxış edən YUNESKO-nun Moskva bürosunun komminikasiya və informasiya üzrə müşaviri S. Knyazyeva və BDU-nun kafedra müdiri C. Məmmədli çıxış edərək, tədbirin əhəmiyyətini vurğuladılar.


ANAR MƏCİDZADƏ

Digər xəbərlər