PDF Oxu

Sosial

  • 17

QİÇS-lə Mübarizə Günü Azərbaycanda hansı tərzdə qeyd olundu?

QİÇS-lə Mübarizə Günü Azərbaycanda hansı tərzdə qeyd olundu?

1 dekabr ümumdünya QİÇS-lə mübarizə günüdür. Bəşəriyyətin ümumi bəlasına çevrilmiş bu xəstəlik artıq qlobal problemə çevrilib və Azərbaycan üçün də aktualdır. Hər il dekabrın 1-i bütün dünyada QİÇS-lə mübarizə günü kimi qeyd edilir. İİV infeksiyası-QİÇS pandemiyası dünya səhiyyəsinin xəstəliklər sahəsində ən ciddi problemi kimi qalmaqdadır. Bəşəriyyətin ümumi bəlası hesab olunan bu xəstəlik artıq qlobal problemə çevrilib və Azərbaycan üçün də aktualdır.

Bu tarix Azərbaycanda da qeyd edilir və müxtəlif tədbirlər, aksiyalar təşkil olunur. Belə ki, QİCS-lə mübarizə günü ilə əlaqədar Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi "QİÇS nədir" adlı aksiya keçirib. Birlik gənclərə dünyanın ən qlobal problemlərindən birinə çevrilən QİÇS haqda məlumat vermək və ondan qorunma yollarını öyrətmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında maarifləndirmə xarakterli bukletlər paylayıb.

Təşkilatın nümayəndəsi cəmiyyətin bu xəstəliklə birgə mübarizə aparmalı olduğunu deyib: "Tədbiri təşkil etməkdə məqsəd gəncləri bu xəstəliklə bağlı ətraflı məlumatlandırmaq, onları birgə mübarizəyə cəlb etmək məqsədi daşıyır".

Universitet tələbələri isə gəncləri maarifləndirmək üçün belə aksiyaların önəmli olduğunu söyləyib. Onlarn hər biri gəncləri QİÇS-ə yox deməyə çağırıb.

Bundan əlavə, Azərbaycan Dillər Universitetində (ADU) "Sağlam həyat tərzi - sağlam gələcəyə zəmanətdir" adlı layihəsi çərçivəsində "1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür" adlı tədbir keçirilib. Tədbirdə QİÇS-lə mübarizə ilə bağlı video - çarx nümayiş olunub və tələbələr bu günü özündə əks etdirən tamaşa ilə çıxış ediblər. Tədbirdə çıxış edənlər bu xəstəliyin aşkar olunma tarixi, yoluxma yolları haqqında danışıblar və regionlarda bu məsələ ilə bağlı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıblar. QİÇS-in 60 milyondan artıq insana zərər vurduğunu, 27 milyon insanın dünyasını dəyişdiyini iştirakçıların diqqətinə çatdırıblar və hər kəsə sağlam həyat yaşamağı və sağlamlıqlarını qorumağı, bu xəstəliklə mübarizə aparmağı tövsiyə ediblər.

Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzi bu gün "1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü" ilə bağlı birgə tədbir keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin sədri Həqiqət Qədirova bildirib ki, 11 ay ərzində Azərbaycanda 476 yeni İİV yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb: "Onlardan 465-i (97,7%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2.3%) isə əcnəbi vəətndaşıdır. Azərbaycanda ilk dəfə İVVinfeksiyasının aşkar edildiyi 1987-ci ildən 2011-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə İİV infeksiyası təsdiq olunmuş 3199 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3086 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 113 nəfəri (3,5%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2525-i (81,8%) kişi, 561-i (18,2%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 875 nəfər, onalrdan Azərbaycan vətəndaşlarının sayı 861 nəfər, İİV infeksiyasından dünyasını dəyişən insanların sayı 424 nəfər, onalrdan Azərbaycan vətəndaşlaırnın sayı 416 nəfər olub.

3086 nəfər Azərbaycan vətəndaşından 1940-da (62,9%) İİV-ə yoluxma, inyeksion narkotik istifadəsi nəticəsində, 793-də (25,7%) heteroseksual, 40-da (1,3%) anadan uşağa keçməklə, 29-da (0,9%) isə homosekual kontakt, 1-də (0,3%) donor qanının köçürülməsi nəticəsində baş verib. 283 nəfərdə (9,2%) yoluxma yolu naməlumdur".


Könül Kamilqızı

Digər xəbərlər