PDF Oxu

Sosial

  • 22

Almaniyada Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçiriləcək

Almaniyada Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçiriləcək

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Berlin-Bakı Qalereyasının təşəbbüsü ilə Berlində yaşayan azərbaycanlı ziyalılar və incəsənət xadimləri ilə birgə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşün məqsədi Azərbaycan incəsənət və mədəniyyətinin Almaniyada təqdimatı və tanıdılması, 2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümünə həsr ediləcək tədbirlərin və digər aktual məsələlərin müzakirəsi olub.

Görüşü AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova açaraq qonaqları salamlayıb, Berlində fəaliyyətdə olan ziyalılar arasında səmərəli ünsiyyətin qurulması imkanlarını, eləcə də, birgə əməkdaşlıq üçün yollar araşdırılması təklif edilib.

Berlin-Bakı Qalereyasının icraçı direktoru Ebrahim Ehrari rəssamların, eləcə də, digər incəsənət xadimləri ilə birgə layihələr hazırlamaq, onlarla mütəmadi görüşlər keçirilməsini və bu görüşlərə, həmçinin, Almaniyada yaşayan bütün incəsənət adamlarının iştirakını təklif olunub. O, Azərbaycanı daha yaxşı tanıtmaq məqsədilə tədbirlər silsiləsi keçirməyi və alman ictimaiyyətini həmin tədbirlərə dəvət etməyi təklif edib və gələcəkdə bütün Almaniya üzrə mədəniyyət adamlarının birgə görüşünü təşkil etmək fikrində olduğunu vurğulayıb.

Bütün iştirakçılar 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbir keçirilməsinə və tədbirlərin müxtəlif sahələrdə təşkilini dair təkliflər veriblər.

Müzakirələrdə iştirak edənlər Almaniyada yaşayan azərbaycanlı incəsənət adamlarını özündə birləşdirən şuranın yaradılmasını və bir sıra tədbirlərin keçirilməsi təkliflərini irəli sürüblər.

Görüş iştirakçıları təşəbbüsü müsbət qiymətləndirilib və gələcəkdə də belə görüşlərin mütəmadi surətdə həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.


NƏZAKƏT

Digər xəbərlər