PDF Oxu

Sosial

  • 33

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının VII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının VII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans nümayəndələri və qonaqlar ilk öncə Ulu öndər, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət etmiş, önünə tər gül-çiçək dəstələri qoymuş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.

Sonra Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İlqar Bürhan oğlu Dadaşov təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən,prezident ,bələdiyyə və parlament seçkilərində qazanılan uğurlardan bəhs edən məruzə ilə çıxış etmişdir.

Konfransda Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının Nəzarət-Təftiş qrupunun, Gənclər Birliyinin və Qadınlar şurasının hesabatları da dinləmişdir.

Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Mübariz Qurbanlı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmiş, rayon təşkilatının gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.Rayon təşkilatının hesabat dövründəki işini yüksək qiymətləndirmiş, qarşıda duran mühüm vəzifələrdən danışmışdır.

Çıxışına davam edən Mübariz Qurbanlı dedi:" Azərbaycan bu gün nəinki postsovet məkanında, hətta, Şərqi Avropa regionunda ən öndə gedən bir ölkəyə çevrilmişdir. Əlbəttə ki,bunun əsasında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin uzun illər ərzində qət etdiyi yolu cəmi 20 il ərzində keçib.

Çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikada və rayonda aparılan işlərdən danışaraq,YAP Lənkəran rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Konfransda həmçinin təşkilati məsələlərə baxılmışdır. YAP Lənkəran rayon təşkilatının 47 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir. İlqar Bürhan oğlu Dadaşov yenidən Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədri seçilmişdir.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Digər xəbərlər