PDF Oxu

Sosial

  • 19

Sumqayıtda “Biz mütləq qayıdacağıq” adlı tədbir keçirilib

Sumqayıtda “Biz mütləq qayıdacağıq” adlı tədbir keçirilib

Dünən Sumqayıt şəhəri Hüseyn Ərəblinski adına Musiqili Dövlət Dram Teatrında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) İrəvan xanlığının tarixinə, mədəniyyətinə və folkloruna həsr olunmuş "Biz mütləq qayıdacayıq" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, xarici qonaqların, millət vəkillərinin, ziyalıların, elm adamlarının qatıldığı tədbirdə əvvəlcə İrəvan xanlığının tarixi keçmişini əks etdirən eksponatlar və şəkillər nümayiş olunub.

Tədbirə Azərbaycanın torpaqları uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə start verildi. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzi (BDM) İrəvan departamentinin rəhbəri Əziz Ələkbərli qonaqları salamlayaraq bildirib ki, biz İrəvan xanlığı dedikdə tək İrəvanı deyil, Zəngəzuru, Dərələyəzi, Qaraqoyunlunu ümumilikdə isə Qərbi Azərbaycan torpaqlarını nəzərdə tutmalıyıq. Bu tarixi heç bir zaman yaddan çıxarmaq olmaz. Qeyd olundu ki, ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda deportasiyaya və soyqırıma siyasi, hüquqi qiymət verilərək qarşısı alındı.

Çıxışdan sonra zala Azərbaycan və İrəvan xanlığının dövlət bayraqları gətirildi və Azərbaycanlıların deportasiyası, soyqırımı ilə bağlı film nümayiş olundu. Daha sonra çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri (BDM) İsmayıl Ağayev bildirib ki, bu tədbir həm İrəvan xanlığının tarixini həm Naxçıvan həm də Azərbaycanın tarixi eksponatlarını özündə əks etdirir. "Biz mütəq qayıdacağıq" devizini rəhbər tutaraq, Azərbaycan gəncliyinə, tələbələrinə, elm adamlarına İrəvan xanlığının tarixini unutmamağa və insanların beynində inqilab etmək uğrunda mübarizəyə başlamışıq.

Bunu Səs TV-yə açıqlamasında Beynəlxaq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirib: "Biz bu tədbiri keçən il Bakıda təşkil etmişdik. İndi isə Sumqayıtda reallaşdırdıq. 20 gün bundan əvvəl biz bu tədbirləri Tükiyənin Qars və İqdır şəhərlərində də keçirdik. Növbəti tədbirimiz isə Çexiyanın Praqa şəhərində olacaq. Bu gün nümayişə çıxarılan bu eksponatları, şəkilləri dünaynın bütün bölgələrində Azərbaycanın haqq səsi, mədəniyyəti olaraq çatdırmağı qarşımıza əsas məqsəd qoymuşuq", - deyə İsmayıl Ağayev sözlərinə əlavə edib.

Daha sonra Millət vəkilləri Musa Quliyev, Sabir Rüstəmxanlı, Musa Qasımlı, Milli QHT Forumunun prezidenti (QHT) Rauf Zeyni və digərləri çıxış edərək İrəvan xanlığının tarixindən, eləcə də bu məsələrin hökumət, parlament səviyyəsində aktuallaşdırılmalı, gündəmə gətirilməli olduğunu vurğulayıblar.

Sonda bir sıra ziyalı alimə İrəvan xanlığının tarixinin, mədəniyyətinin və folklorunun təbliğində göstərdikləri xidmətlərinə görə Beynəlxalq Diaspora Mərkəzi (BDM) tərəfindən ödüllər təqdim olunub və bədii hissəyə start verilib.


Digər xəbərlər