PDF Oxu

Sosial

  • 17

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Dekabr ayının 8-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə edilib. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında Nizamnaməyə uyğun olaraq keçirilən növbəti hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat verilib.

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında ətraflı fikir mübadiləsi aparılıb.

İdarə Heyətində çıxışlar zamanı bildirilib ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu gün partiya bir sıra ölkələrin siyasi təşkilatları ilə ikitərəfli əlaqələrə malikdir. Qeyd edilib ki, bu qəbildən olan tədbirlər partiyanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və bu istiqamətdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. İdarə Heyətində həmçinin bir sıra cari məsələlər müzakirə edilib.

Digər xəbərlər