PDF Oxu

Sosial

  • 23

BSU-da Ulu Öndərin anım mərasimi keçirildi

BSU-da Ulu Öndərin anım mərasimi keçirildi

Dekabrın 12-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi. Ümummilli Liderin universitetdə qoyulmuş büstünün önündə toplaşan tələbə-müəllim heyəti, hər il olduğu kimi, Azərbaycan xalqının Böyük Oğlunun büstü önünə əklil dəstələri qoydular.

Sonra tədbir BSU-nun akt zalında davam etdi. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev mərasimi giriş sözü ilə açaraq Heydər Əliyevin yorulmaq bilmədən həyata keçirdiyi daxili, xarici siyasətin əsasında demokratik dəyərlərin yer almasını və azad vətəndaş cəmiyyətinin yaradılmasını təmin etdiyini söylədi. Rektor, həmçinin, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın qısa vaxt ərzində demokratik dövlət quruculuğu sahəsində böyük uğurlar qazandığını vurğuladı. K.Abdullayev Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dövlət quruculuğunda gördüyü işlərlə, həyata keçirdiyi islahatlarla bütün dünyanı heyrətə gətirdiyini də söylədi. Rektor onu da qeyd etdi ki, məhz Onun həyata keçirdiyi işlərin nəticəsidir ki, indi müasir Azərbaycan yüksək templə irəliləyən və demokratik dövlət quruculuğunu uğurla həyata keçirərək, azad vətəndaş cəmiyyətinə doğru gedən bir dövlətdir.

Tədbirdə çıxış edən Avropaşünaslıq kafedrasının dosenti H.Məmmədov, diplomatiya və xarici siyasət kafedrasının müdiri Ş.Əliyev, həmin kafedranın baş müəllimi tarix elmləri namizədi İrina Kunina çıxış edərək, Ulu Öndərin BSU-nun tarixində oynadığı əvəzsiz rolundan danışdılar. Xalq qarşısında böyük xidmətləri olan Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin BSU-ya göstərdikləri qayğıdan söz açan çıxışçılar tələbələri təhsilləri və fəallıqları ilə bu qayğıya layiq olmağa çağırdılar. Mərasimdə XX əsri Heydər Əliyev fenomeni olmadan təsəvvür etməyin mümkünsüz olması diqqətə çəkildi. Azərbaycanın siyasi-mədəni ideologiyasının məhz Heydər Əliyev tərəfindən formalaşdırılması, ölkəmizin inkişaf perspektivlərinin məhz onun müəyyənləşdirilməsi barədə danışıldı. Dahi Şəxsiyyət Heydər Əliyevin təkcə iqtisadi-siyasi sahədə deyil, həmçinin, mədəniyyət və təhsil sahəsində olan uğurlu layihələrindən danışan natiqlər, bunun bariz nümunəsi kimi BSU-nun yaranmasını və onun dünya universitetləri arasında layiqli yer tutmasını diqqətə çatdırdılar. Çıxış edən tələbələr Ümummilli Liderin Azərbaycan xalqı üçün etdiyi böyük işlər haqqında söhbət açdılar və gələcəkdə öz əməlləri ilə Vətən üçün əllərindən gələni edəcəklərinə söz verdilər.

Anım mərasimi "Heydər Əliyev və Bakı Slavyan Universiteti" filminin nümayişi ilə sona yetdi.


NƏZAKƏT

Digər xəbərlər