Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının VII konfransı keçirilib. Konfransdan öncə nümayəndələr Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin rayon mərəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüblər. Sonra konfrans Masallı rayon icra hakimiyyətinin akt zalında işini davam edibdir.
YAP Masallı rayon təşkilatının sədr əvəzi Səfalı Paşayev bildirib ki, 90 ərazi ilk partiya təşkilatından seçilmiş 271 nümayəndədən 253-ü konfransın işində iştirak edir. S.Paşayev VII konfransdan ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış edibdir. Natiq bildirib ki, adı əbədiyaşar Liderimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası artıq 19 ildir ki, öz üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir: "Partiyamız müstəqil Azərbaycan Respublikasında ən mütərəqqi, ən monolit partiya olmaqla, milyonların sevimlisinə çevrilmişdir".
Konfransda nəzarət-təftiş qrupunun hesabatı dinlənilib. Məruzələr ətrafında millət vəkilləri Mirkazım Kazımov, Aydın Mirzəzadə, Nəriman Əliyev, Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP Siyasi Şurasının üzvü Şirvan Əbilov, YAP Masallı rayon təşkilatının gənclər birliyinin sədri Seymur Nuriyev, rayon təşkilatının qadınlar şurasının sədri Naibə Aslanova çıxış edərək rayon təşkilatının işini qənaətbəxş hesab ediblər.
Sonra YAP Masallı rayon təşkilatı aparatının təlimatçısı Cəlal Əliyev qətnamənin qərar hissəsini oxuyub və qətnamə qəbul olunub.
Konfransda təşkilati məsələlərə də baxılıb. Seyfəddin Əliyev YAP Masallı rayon təşkilatının sədri, Səfalı Paşayev və Aygün Quliyeva sədr müavini, Elman Rəhimov nəzarət-təftiş qrupunun sədri, 45 nəfər şura və 13 nəfər idarə heyəti, 7 nəfər nəzarət-təftiş qrupunun üzvü seçilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.
RƏFİQƏ