PDF Oxu

Sosial

  • 30

Ümummilli lider Heydər Əliyevin xatirəsi Təbrizdə anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi Təbrizdə anılıb

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib. Konsulluqdan SİA-ya verilən xəbərə görə, mərasimdə Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna qurandan ayələr oxunub, ulu öndərin həyat və fəaliyyətinə dair fikirlər səsləndirilib.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan üçün etdiyi xidmətlərdən danışmış, onun müasir Azərbaycan dövlətinin qurucusu olduğunu və Azərbaycan xalqının qəlbində daim yaşadığını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Baş konsul ulu öndərin xatirəsinin Azərbaycanda və bir çox xarici ölkələrdə, o cümlədən dost və qonşu İran İslam Respublikasında, Təbriz şəhərində də hər il hörmətlə yad edildiyini, onun ruhuna dualar oxunduğunu vurğulayıb və buna görə mərasim iştirakçılarına təşəkkürlərini çatdırıb.

Çıxışdan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib və onun xatirəsinə ehsan süfrəsi açılıb. Mərasimdən sonra iştirakçılar Baş Konsulluq tərəfindən təşkil olunmuş Ümummilli Liderə aid foto və kitablardan ibarət sərgiyə baxıblar. Mərasim iştirakçılarına Azərbaycan həqiqətlərinə dair buklet və kitablar paylanıb. Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyinin nümayəndələri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğun əməkdaşları, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər