PDF Oxu

Sosial

  • 29

Müxalifət qurumları perspektivsiz və uğursuzdur

Müxalifət qurumları perspektivsiz və uğursuzdur

Müxalifət düşərgəsində ard-arda yaradılan qondarma qurumların vur-tut bir neçə ay fəaliyyət göstərməsi artıq ənənə şəklini alıb. Bu barədə müxalifətçi funksionerlər, eləcə də, digər partiya sədrləri tərəfindən də kifayət qədər açıqlamalar, mülahizələr deyilib və yazılıb.


Bu dəfə belə bir açıqlamanı eks-Müsavat yetkilisi Sülhəddin Əkbərov verib. Xatırladaq ki, hələ bir müddət öncə Müsavat partiyasından istefa verən S.Əkbərovun özü də belə qurumlardan biri olan "İctimai Palata"da təmsil olunurdu. Bu gün onun vaxtilə təmsil olunduğu qurum və partiya barəsində kəskin olaraq mənfi fikirlər səsləndirməsi qeyd olunanları yetərincə təsdiq edir.

"Azərbaycan müxalifətinin güc mərkəzlərinin təmərküzləşdiyi və ya birləşdiyi yeganə strukturun "İctimai Palata", "Qarabağ" bloku və ya "Üçlər" qrupunun müqayisəsi bir qədər qüsurlu olardı" deyən S.Əkbərov bu vasitə ilə müxalifət qurumlarının yararsızlığını ifşa edir. Belə ki, "İctimai Palata" ətrafında formalaşan müxalifətdaxili fikrin tamamilə yanlış olduğunu deyən S.Əkbərovun fikrincə, ictimai-siyasi resurslar, hadisələrə təsir imkanları və təmsil olunmuş qüvvələrin baxımından nə "İctimai Palata", nə "Üçlər", nə də ki, "Qarabağ" bloku heç bir hadisəyə münasibət göstərmək gücündə deyillər: "Mən həmin qurumların və birliklərin gələcək perspektivlərini görmürəm".

Xatırladaq ki, hələ bir müddət bundan öncə, S.Əkbərovla birgə Müsavatdan və "İctimai Palata"dan istefaya gedən İbrahim İbrahimli də bu kimi fikirlər səsləndirərək, radikal müxalifətin uğursuzluğunun səbəblərini açıqlamışdı. Bu isə, onu deməyə əsas verir ki, hazırda yuxarıda adları çəkilən siyasi qurum və birliklərdə təmsil olunan digər müxalifət funksionerləri də yaxın günlərdə istefalara gedərək, radikalizmin iç üzünü ifşa etmək imkanına malik olacaqlar.


RÖVŞƏN

Digər xəbərlər