Dekabrın 14-də Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlamışdır. Sonra Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının nəzarət-təftiş qrupunun hesabat məruzəsi də dinlənilmişdir. Konfransda Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsakov çıxış etmiş, konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmişdir. Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının fəalları VI konfransdan ötən dövr ərzində görülmüş işləri təhlil etmişlər. Çıxışlarda qeyd olunmşdur ki, rayon təşkilatı hesabat dövründə qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş, rayonun ictimai-siyasi həyatında örnək ola biləcək fəaliyyət göstərmişdir.
Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək, ölkəmizdə mövcud ictimai - siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmiş, partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Mübariz Qurbanlı çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin geniş ictimaiyyət arasında təbliğatına yönəltmiş, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu proseslərində yaxından iştirak etmişdir. YAP İcra katibinin müavini öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının 20 illik müstəqillik tarixində Yeni Azərbaycan Partiyası sözünü demiş siyasi təşkilatdır. Azərbaycanın 20 illik şərəfli müstəqillik tarixi Yeni Azərbaycan Partiyasının adı ilə qırılmaz bağlıdır. Milli Məclisin deputatı İmamverdi İsmayılov konfransda çıxış etmişdir. Konfransda həmçinin təşkilati məsələlərə baxılmışdır. YAP Qubadlı rayon təşkilatının 25 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilmişdir. Allahverdi Haqverdiyev yenidən Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının sədri seçilmişdir.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul etmişlər.