PDF Oxu

Sosial

  • 32

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının VII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının VII konfransı keçirilib

Dekabrın 15-də Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatinin VII konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Toplantıda müasir, Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra rayon təşkilatının sədri Həsən Həsənov hesabat məruzəsi ilə çıxış etmişdir. Konfransda nəzarət-təftiş qrupunun sədri Sadiq Yusifovun hesabatı dinlənilmişdir. YAP Şəki rayon təşkilatının Gənclər Birliyinin sədri Daşqın Mikayılov, təşkilatın Qadınlar Şurasının sədri Zərinə Cavadova ötən dövrdə görülmüş işlərdən danışmışlar.

YAP Siyasi Şurasının üzvlərindən Milli Məclisin deputatları Yaqub Mahmudov və Aydın Mirzəzadə, Milli Məclisin deputatı İlham Məmmədov konfransda çıxış edərək partiyanın dövlət siyasətinə daim dəstək verdiyini, təşkilatın bundan sonra da qabaqcıl, mübariz təşkilat kimi öz işini uğurla davam etdirəcəyinə əminliklərini ifadə etmişlər .

Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov YAP-ın 19 il əvvəl tarixi zərurətdən yarandığını, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında partiya üzvlərinin fəal rol oynadıqlarını bildirmiş, son illər rayonda aparılmış genişmiqyaslı abadlıq, quruculuq işlərindən danışmışdır. Sonra konfransın qətnamə layihəsi oxunmuş, YAP Şəki rayon təşkilatının yeni tərkibi seçilmişdir. Həsən Həsənov YAP Şəki rayon təşkilatının sədri seçilmişdir. Konfransda həmçinin 51 nəfərdən ibarət Şura, 19 nəfərdən ibarət İdarə heyəti və 9 nəfərdən ibarət Nəzarət Təftiş qrupunun üzvləri seçilmişdir. Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.

Digər xəbərlər