PDF Oxu

Sosial

  • 9

YAP Şamaxı rayon təşkilatı hesabat verdi

YAP Şamaxı rayon təşkilatı hesabat verdi

Dekabrın 17-də Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının VII konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ucaldılan Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Rayon mədəniyyət evinin zalında keçirilən toplantıda müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasınin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs olunub, qarşıda duran vəzifələrə toxunulub. Natiq bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənələrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır.

Konfransda nəzarət-təftiş qrupunun sədri Pərviz Məmmədovun hesabatı dinlənilib. P.Məmmədov YAP-ın çox çətin və şərəfli bir yol keçdiyini, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, 2013-cü ildə keçiriləcək Prezident seçkilərində İlham Əliyevin şamaxılıların yeganə namizədi olduğunu diqqətə çatdırıbdır.

YAP Şamaxı rayon təşkilatının gənclər birliyinin sədri Elnar Kərimov, təşkilatın qadınlar şurasının üzvü Gülnisə Ələkbərova ötən dövrdə görülmüş işlərdən danışıblar və rayon təşkilatının hesabat məruzəsini qənaətbəxş qiymətləndiriblər.

Konfransın işində YAP İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov və Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar. Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, hazırda Ulu Öndərin siyasi xəttinin partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

YAP Şamaxı rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon icra hakimiyyətini başçısı Asif Məmmədov görüş iştirakçılarını təbrik edərək, konfransın işinə uğurlar arzulayıb: "Bu gün keçirilən konfrans xalqımız üçün çox əlamətdar hadisələrlə zəngin olan bir dövrə təsadüf edir. Bu ərəfədə biz dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü, Bayraq Gününü, Konstitusiya Gününü, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümünü təntənəli şəkildə qeyd etdik. Qürurla deyə bilərik ki, Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sarsılmaz təməl üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dinamik şəkildə inkişaf edir".

Konfransda təşkilati məsələlərə baxılıb. Bəxtiyar Abbasov yenidən Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri seçilib. Konfransda, həmçinin, 37 nəfər tərkibdə rayon təşkilatının şurası, 15 nəfərlik idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Konfransın sonunda qətnamə səsləndirilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.


R.HÜSEYNOVA

Digər xəbərlər