PDF Oxu

Sosial

  • 16

Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının təqdimat mərasimini keçirəcək

Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının təqdimat mərasimini keçirəcək

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində Avropa məkanında fəaliyyət göstərən siyasi partiya və qurumlarla münasibətlər xüsusi yer tutur. Belə nüfuzlu qurumlardan biri də qitənin aparıcı sağ mərkəzçi partiyalarını özündə birləşdirən Avropa Xalqları Partiyası (EPP)-dır. Belə ki, YAP artıq uzun illərdir Uilfrid Martensin prezidenti olduğu bu təşkilata assosiativ üzv olmaq üçün bu qurumla sıx əməkdaşlıq edir.

Bu baxımdan, dekabr ayının 20-də Avropa Xalqları Partiyasının Prezidenti Uilfrid Martensin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" adlı kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasiminin keçirilməsi həm ölkəmizin, həm də YAP-ın ictimai-siyasi həyatında mühüm hadisədir. Kitab Avropa ölkələrinin keçdiyi inkişaf və inteqrasiya mərhələlərinə işıq salmaqla yanaşı, bu dövlətlərin konfliklərin həllində əldə etdikləri təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir həm də ölkəmizin Avroatlantik məkana inteqrasiyası istiqamətində atılan addımlara YAP-ın özünəməxsus töhfəsidir. Təqdimat mərasimində kitabın müəllifi Uilfrid Martens başda olmaqla Belçikadan gəlmiş nümayəndə heyəti iştirak edəcək.

Məlumat üçün deyək ki, 1935-ci ildə Belçikada anadan olmuş Uilfrid Martens, Avropa inteqrasiyasının ideoloqlarından biri kimi öz siyasi karyerası boyunca Flamand Xristian-Demokrat Partiyasının sədri, Belçikanın Baş naziri, Avropa Xalqları Partiyasının sədri kimi mühüm vəzifələr daşıyıb.

Digər xəbərlər