PDF Oxu

Sosial

  • 14

Xarici parlamentlər qərar çıxardıqları zaman diqqətli olmalıdırlar

Xarici parlamentlər qərar çıxardıqları zaman diqqətli olmalıdırlar


"Qondarma "soyqırım"la bağlı apardığı qərəzli müzakirələr ictimaiyyət və ziyalılar tərəfindən hiddətlə qarşılanıb. Bu və digər məsələlərə aydınlıq gətirən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hər kəsin özünün düşüncə azadlığı və sərbəst düşünmə hüququ var: "Kimisə məcbur etmək olmaz ki, "erməni soyqırımı" məhfumunu inkar etdiyinə görə cəza daşısın. Hesab edirəm ki, belə bir məsələnin qəbul olunması Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı şey vəd etmir".

Z.Əsgərov onu da vurğulayıb ki, xarici parlamentlər qərar çıxardıqları zaman diqqətli olmalıdırlar: "Qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun parlamentin gündəliyinə daxil edilməsi və müzakirə olunması Fransa demokratiyasına böyük təhqirdir. Çünki ən azı hər insanın bir düşüncə tərzi, düşüncə azadlığı var. İnsanları necə məcbur etmək olar ki, "erməni soyqırımı" iddialarının həqiqi olduğunu qəbul etsin? İnsanları bunu inkar etdiklərinə görə necə cinayət məsuliyyətinə cəlb etmək olar?"

O, Fransa parlamentinin belə bir məsələni müzakirə etməsini absurd hal kimi dəyərləndirib: "Hesab edirəm ki, bu addım Türkiyə ilə Fransa arasında münasibətlər baxımından yaxşı heç bir şey vəd etmir. Çünki bu, Türkiyəyə təzyiqdir. Ermənilərin bədbəxtliyi ondadır ki, bu cür məsələlərdə onlardan istifadə edirlər. Ermənilər birdəfəlik istifadəyə yararlı olduqlarına görə, həmişə belə hallarda onlardan istifadə olunur. Onlar özləri də belə vəziyyətlərdən çıxa bilmirlər, çünki mahiyyət etibarilə bu cür millətdirlər. Belə bir situasiyadan istifadə edib Türkiyəyə təzyiq göstərmək heç bir əxlaqa və heç bir beynəlxalq normaya sığmayan məsələdir. Ona görə də mən bu halı qəti pisləyirəm. Hesab edirəm ki Fransa parlamentinin bu addımı müəyyən mənada Azərbaycan-Fransa münasibətlərinə də təsir göstərə bilər".

Z.Əsgərov, həmçinin, mühacirət həyatı yaşayan "ACP" lideri Rəsul Quliyevin sayıqlamalarına və "Müqavimət Hərəkatı" yaratmaq ideyasına da aydınlıq gətirib: "Rəsul Quliyev bizim tariximizin qara arxividir. Artıq Rəsul Quliyev məsələsi bitib. Rəsul Quliyevin siyasi proseslərə təsir etmək gücü yoxdur".


R.HÜSEYNOVA

Digər xəbərlər