PDF Oxu

Sosial

  • 10

Fransa parlamentindən qondarma “erməni soyqırımı” ətrafında müzakirələrin dayandırılması tələb edilib

Fransa parlamentindən qondarma “erməni soyqırımı” ətrafında müzakirələrin dayandırılması tələb edilib

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Fransa Senatının prezidenti Jan Pyer Belə və Milli Assambleyanın prezidenti Bernard Accoyerə bu ölkənin parlamentində qondarma "erməni soyqırımı" ətrafında müzakirələrin aparılması ilə bağlı etiraz məktubu ünvanlayıb. Məktubda Fransa parlamentində qondarma "erməni soyqırımı" ətrafında müzakirələrin dayandırılması tələb olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, məktubda deyilir: "Biz, Ərəb körfəzi ölkələrində yaşayan azərbaycanlılar Fransa parlamenti üzvlərini qondarma "erməni soyqırımı" ətrafında müzakirələrin aparılmasına son qoymağa çağırırıq. Biz əminik ki, bu müzakirələrin aparılması bəzi parlament üzvlərinin öz şəxsi maraqları xatirinə başladıqları təşəbbüsdür və bunu təəssüf hissi ilə qeyd edirik. Biz Fransa parlamenti üzvlərinə qondarma "erməni soyqırımı" əvəzinə, 20 il əvvəl ermənilərin törətdiyi Xocalı soyqırımı məsələsini müzakirə etməyi tövsiyə edirik".

Məktubda Ərəb körfəzi ölkələrində yaşayan azərbaycanlıların Fransa parlamentindəki müzakirələri qətiyyətlə pislədiyi qeyd olunur və müzakirələrin davam etdiriləcəyi təqdirdə, dünyadakı 100 milyonlarla azərbaycanlı və türkün Fransanın xarici siyasətinə qarşı kampaniyaya başlayacağı bildirilir.

NƏZAKƏT

Digər xəbərlər