PDF Oxu

Sosial

  • 8

İran prezidenti Mahmud Əhmədinejadıın Ermənistana rəsmi səfəri Azərbaycanda narazılıqla qarşılanıb

İran prezidenti Mahmud Əhmədinejadıın Ermənistana rəsmi səfəri Azərbaycanda narazılıqla qarşılanıb

Bu gün İran prezidenti Mahmud Əhmədinejad Ermənistana rəsmi səfər edəcək. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçirilir. Bu isə Azərbaycanda kəskin etiraz doğurub və narazılıqla qarşılanıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev SİA-ya açıqlamasında deyib ki, dindən siyasi məqsədlər üçün istifadə edən bir şəxsin İslama aidiyyəti yoxdur: "Çox təəssüf ki, İran da özünü islam respublikası adlandırsa da müsəlmanların msəcidlərini donuz damına çevirən, islam mədəniyyətinə aid tarixi abidələri yerlə-yeksan edən, müsəlman qadın və uşaqlara amansız işgəncə verərək qətlə yetirən Ermənistanın dövlət başçısı Serj Sarkisyanla ağız-ağıza öpüşüb-görüşmək, eyni zamanda, işğalçı dövlətə iqtisadi, siyasi, hərbi dəstək vermək yalnız ikrah doğurur. Hesab edirəm ki, İranda yaşayan həm farslar, həm də azərbaycanlı qardaşlarımız bilirlər ki, İrandakı mövcud rejimin İslama heç bir aidiyyətı yoxdur".

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, görüşdə tərəflər 2011-ci ilin necə keçirdiklərinə dair yekunu müzakirə edib, 2012-ci il üçün taktiki strateji vəzifələrini müəyyənləşdirəcəklər: "Burada dini və ya başqa xarakterli münasibətləri axtarmaq lazım deyil. Bü gün İrana güclü Azərbaycan dövlətinin mövcud olması lazım deyil. Bu fikri sübut etməyə ehtiyac da yoxdur. Bunlar artıq çox deyilən fikirlər kimi səslənir. Məsələnin mahiyyəti çox sadədir. İranla Ermənistanın mövqeyi beynəlxalq parametrlər baxımından demək olar ki, eynidir. İranın sanksiyalar ucbatından ortada qalması ortadadır. Ermənistan isə bölgədə bütün dövlətlərə qarşı təcavuzkarlıq, ərazi iddiaları ilə çıxış edir. Belə olan təqdirdə onları tale oxşarlığı da birləşdirir".

Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımov isə bildirib ki, İran ilə Ermənistan arasındakı strateji xarakter daşıyan münasibətlərin təməlində hər iki ölkənin ortaq strateji maraqları dayanır. Belə ki, İran və Ermənistanı daha çox üçüncü ölkələrlə münasibətləri birləşdirir: "Hər şeydən öncə, bu iki ölkənin Azərbaycanla bağlı maraqları üst-üstə düşməkdədir. Bu maraqlar həm Ermənistan, həm də İran tərəfindən "həyati dərəcədə" əhəmiyyətli maraq kimi qiymətləndirilir. Həm Ermənistan, həm də İran müstəqil və ərazi bütövlüyünə sahib Azərbaycan dövlətinin varlığı ilə razılaşmırlar ki, bu hal xoşməramlı qonşuluq münasibətləri ilə uyğun gəlmədiyi kimi, müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərinə də tamamən ziddir. Hər bir dövlətin öz maraqları və siyasəti var. Ola bilsin ki, biz onun Ermənistana səfərindən, yəni səfərdə müzakirə olunan məsələlərdən sonra aldığımız məlumatlardan sonra konkret nəsə deyə bilərik".


GÜLYANƏ

Digər xəbərlər