PDF Oxu

Sosial

  • 14

Səhiyyəyə diqqət və qayğı artırılır

Səhiyyəyə diqqət və qayğı artırılır

Dünən Daşkəsən rayonunda 80 çarpayılıq rayon mərkəzi xəstəxana binasının açılışı olub. Təntənəli açılışda YAP Daşkəsən rayon təşkilatının fəal üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək, tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdi. Ə.Abıyev bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, ölkəsinin tərəqqisinə həsr edib: "Ulu Öndər Heydər Əliyev tarixi yaradan, bu tarixə silinməz imza qoyan əbədi və dahi şəxsiyyətlərdəndir. Müasir tariximizin bütöv bir epoxası Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, əbədi prosesə çevrilməsi və qüdrətli ölkə kimi təşəkkül tapması üçün biz hamımız Ulu Öndər Heydər Əliyevə borcluyuq".

Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bütün sahələrində böyük uğurlar gətirdiyini deyən Ə.Abıyev bildirdi ki, bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir: "Artıq beynəlxalq ailənin bir çox siyasi-iqtisadi dairələri ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Müstəqilliyi dönməz və əbədi olan ölkəmizdə inkişaf, tərəqqi və quruculuq işləri böyük vüsətlə davam etdirilir. Bu gün sevincli anlarını yaşadığımız rayon mərkəzi xəstəxana binasının açılışı da dediklərimizin bariz nümunəsidir".

Rayon rəhbəri onu da bildirdi ki, son səkkiz ildə Azərbaycan iqtisadiyyatı üç dəfə, dövlət büdcəsi 22 dəfəyə yaxın artmış, valyuta ehtiyatının həcmi 41,5 milyard dollara çatmışdır: "Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini Azərbaycan iqtisadiyyatı təşkil edir. Ölkəmizdən müxtəlif istiqamətlərə 7 ixrac kəməri vasitəsilə enerji daşıyıcıları göndərilir. İqtisadi kapital böyük siyasi ustalıqla insan kapitalına çevrilir. Hər bir Azərbaycan vətəndaşının yaşayış tərzi günbəgün yaxşılaşdırılır. Bütün bunların arxasında möhtərəm Prezidentimizin gərgin, gecəli-gündüzlü zəhməti, uğurla həyata keçirdiyi daxili və xarici siyasəti dayanır. Bu gün açılışına toplaşdığımız rayon mərkəzi xəstəxana binası müasir Avropa standartlarına uyğun inşa olunmuş bir səhiyyə obyektidir. Burada xəstəxananın müasir tibb avadanlıqları və əsas vəsaitlərlə təminatına 1 milyon 168 min manatdan çox pul xərclənmişdir. Belə inkişaf, tərəqqi və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından dərin minnətdarlığımızı bildiririk".

Tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan səhiyyəsinin uğurlarından, bölgələrdə inşa olunan yeni-yeni səhiyyə ocaqlarının tikintisindən söhbət açdı və əlamətdar gün münasibətilə daşkəsənliləri təbrik etdi.

Mərasimdə rayon mərkəzi xəstəxanasının baş həkimi Mirzəkim Tağıyev göstərilən diqqət və qayğı üçün ölkə başçısına, Səhiyyə Nazirliyinə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Açılış mərasimindən sonra binada yeni quraşdırılmış otaqlara və aavdanlıqlara baxış keçirildi.


R.KAMALQIZI

Digər xəbərlər