PDF Oxu

Sosial

  • 13

YAP-ın Səbail rayon təşkilatında  “Biz Heydər Əliyevin elmi irsini öyrənirik” mövzusunda növbəti elmi məşələ keçirilib

YAP-ın Səbail rayon təşkilatında “Biz Heydər Əliyevin elmi irsini öyrənirik” mövzusunda növbəti elmi məşələ keçirilib

Dünən Yeni Azərbaycan Partiyaşının Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi irsini öyrənirik" mövzusunda siyasi məktəbin növbəti məşğələsi keçirilib. Qeyd edək ki, bu məşğələlər mütəmadi xarakter daşıyır.

Tədbirin əhəmiyyətindən danışan YAP Siyasi Şurasının üzvü Svetlana Bayramova bildirib ki, siyasi məktəbin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin elmi irsini yaşatmaq, təbliğ etmək, gələcək nəsillərin siyasi və mənəvi tərbiyəsini formalaşdırmağa kömək etməkdir.

Ulu Öndər Heydər Əliyevin kecdiyi şərəfli həyat yolundan və siyasi fəaliyyətindən danışan Ş.Bayramova istər sövet hakimiyyəti illərində, istərsə də Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ümummilli liderin respublikamızda həyata kecirdiyi islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə gedən inkişafı faktlarla iştirakcıların diqqətinə catdırıb: "Ulu Öndər Heydər Əliyevin taleyin Azərbaycan xalqına bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müştəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətciliyimizin ideya əsasını məhz Ümummilli Lider Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəciliyi məktəbinə cevrilib. Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq".

Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranmasından və uğurlu inkişafından bəhs edən natiq partiyanın qısa müddət ərzində ölkəmizin siyaşi qüvvəsinə cevrildiyini, demokratikləşmə prosesinə layiqli töhfələr verdiyini vurğulayıb. Ş.Bayramova bildirib ki, yarım milyondan artıq üzvü olan YAP-in Azərbaycan gənclərinin cəmiyyətdə fəalliyətinin mühüm imkanları var: "Belə imkanlardan biri də rayon təşkilatlarında "Biz Heydər Əliyev elmi irşini öyrənirik" siyasi məktəbidir. Burada 18-35 yaş araşında olan bütün gənclər könüllü şəkildə bir il müddətində dərş alırlar. Bildiyiniz kimi, seminarlarda bütün ömrünü Azərbaycan xalqının inkişafına həsr etmiş tarixi səxsiyyət Heydər Əliyevin elmi irsi araşdırılır, gənclər dahi şəxşiyyət barədə geniş bilik əldə edirlər".

Ş.Bayramova onu da qeyd edib ki, bu gün də bu siyasət Heydər Əliyevin layiqli davamcısı, ölkə başcısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Onu da qeyd edim ki, biz fəxr edirik ki, Azərbaycanın dünya miqyaşında tanınan, sevilən Heydər Əliyev kimi Ümummilli lideri var". Tədbir gəncləri maraqlandıran sullarla davam etdirilib.


RƏFİQƏ

Digər xəbərlər