PDF Oxu

Sosial

  • 7

Diaspor quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Diaspor quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli Liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

(Əvvəli ötən sayımızda)


Hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, bu gün bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Belə bir tarixi günlə bağlı "Səs" qəzetində dəyirmi masa təşkil olundu. Tədbirdə millət vəkili Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev iştirak edirdilər.


AZƏRBAYCANÇILIĞIN, HƏMRƏYLİYİN MÖHKƏMLƏNMƏSİ İSTİQAMƏTİNDƏ KONKRET ADDIMLAR ATILMIŞ, AZƏRBAYCANLILARIN SƏSİ DÜNYANIN İSTƏNİLƏN MƏKANINDAN EŞİDİLİR


Hikmət Babaoğlu:

- Milli həmrəylik, Azərbaycançılıq həmrəyliyi Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxaracaq. Dünyada baş verən proseslərə nəzər salsaq, görərik ki, Fransada təqrbən 600 minə yaxın erməni yaşayır. Bu gün Fransa anti-türk, anti-Azərbaycan qərarını qəbul edərkən, məhz bu siyasi motivləri qabartmağa çalışır. Əslində, 80 milyonluq bir xalqın içərisində 600 minlik bir diasporanın olması bir o qədər də böyük rəqəm deyil. Təşkilatlanmada məqsədlərin və hədəflərin bir-birinin üzərinə düşməsi məsələsi diqqətdədir. Azərbaycanlıların yaşadıqları xarici dövlətlərin diqqətini hədəf və məqsədlərimizə yönəltmək vacib məsələdir. Bunun üçün diplomatik, intellektual keyfiyyətlər tələb olunur. 80 milyonluq bir xalqın sırasında səsvermə hüququ 200 min olan erməninin iştirakı siyasi və hüquqi baxımdan ciddi məsələ deyil. Əsas məsələ burada onların təşkilatlanmasıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən bu ideya və bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Bu məqsədin nəticəsi kimi azərbaycançılığın, həmrəyliyin möhkəmlənməsi istiqamətində konkret addımlar atılmış, azərbaycanlıların səsi dünyanın istənilən bir məkanından eşidilir. Prezidentimizin dediyi kimi, Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vətənidir. Bu ifadə dünya ölkələrində yaşayan azərbaycanlıların fəaliyyətinə stimul verən amildir. Bu gün Amerikada, Fransada və dünyanın aparıcı ölkələrində dünya siyasəti müəyyənləşdi. Dünya dövlətlərinin ərazisində azərbaycanlılar sərbəst şəkildə toplaşa bilir və fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Beləliklə, bu, bizim gücümüzə güc qatmış olduq. Bütün bunlar azərbaycanlıların həmrəyliyinin nəticəsidir. Düna Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməklə biz yaddaşımızı təzələyirik, Azərbaycanın bütün məsələlərinin həllinə böyük ümid bəsləyirik.


Aydın Mirzəzadə:

- Bu gün Azərbaycan xalqı təkcə 50 milyonluq kəmiyyət çərçivəsində hərəkət etmir. Müasir dövrümüzdə vaxtilə Azərbaycanda doğulmuş və ya Azərbaycanı həddən artıq sevən qeyri-azərbaycanlılar var. Bu gün onlar həm Azərbaycanın daxilində, eləcə də, ondan kənarda Azərbaycanla dostluq münasibətlərini ortaya qoyan və ölkəmizi dünyaya tanıtmaq istəyən insanlardır. Bizim həmrəyliyimiz bu insanları da əhatə edir. Bu baxımdan, biz 50 milyonla kifayətlənmirik. Artan rəqəm həmrəyliyin nümunəsidir. Qeyd edim ki, bu yolla dünyanın qabaqcıl, inkişaf etmiş dövlətlərinin əsas etnosu olan xalqlar məhz hərəkət edirlər. Bu baxımdan, bu gün xaricdə yaşayan azərbaycanlılar öz ölkəsi ilə fəxarət duyan simalardır.


AZƏRBAYCANLILARIN ERMƏNİ YALANLARINA QARŞI QOYDUĞU SƏNƏDLƏR REALLIQLARA ƏSASLANIR


Cavanşir Vəliyev:

- Bildiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılarkən, ilk olaraq, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi fəaliyyətə başlamışdır. Sonradan komitənin fəaliyyəti genişləndi, eyni zamanda, xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bahəm o dövlətin də nümayəndələri bizi dəstəkləyirlər. Komitənin adının dəyişilməsində məqsəd xaricdə yaşayan bütün millətlərin bizim Azərbaycanla həmrəy olmağına xidmət göstərməkdir. Məlumdur ki, ermənilər başqa ölkələrdə uzun illər fəaliyyət göstərdikdən əlaqələri daha geniş olmuşdu. Azərbaycan isə bu gün müstəqilliyinin və həmrəyliyinin 20 illiyini qeyd edir. İnanıram ki, bizi yaxınlaşdıran amillərdən olan həmrəyliyimiz nailiyyətimizlə nəticələnəcək. Qələbə təkcə hərbi güclə deyil, eyni zamanda, müxtəlif komponentlərin reallaşması ilə əldə oluna bilər. Bunlardan biri də xaricdə yaşayan azərbaycanlıların həmrəyliyidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyəti daha da güclənmiş, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülən işlər kifayət qədərdir. Azərbaycanlıların erməni yalanlarına qarşı qoyduğu sənədlər reallıqlara əsaslanır. Artıq ermənilər də bunu hiss ediblər. Ermənilərin bu fəaliyyəti sonda Ermənistanın məhvinə gətirib çıxaracaq.

Azərbaycanın müstəqillik dövründəki nailiyyətləri onun bütün sahələrinin inkişafına səbəb olub. Azərbaycanın iqtisadiyyatının möhkəmlənməsi, onun ordusunun möhkəmlənməsinə gətirib çıxarır. Bütün bu uğurların müqabilində bizim xaricdə imicimiz formalaşıb və münasibətlər müsbət tərəfə dəyişir. Bunun bariz nümunəsi - bu yaxınlarda Azərbaycanın 150 dünya dövlətinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu hadisə ona əsaslanır ki, diasporamız daha da güclənir, genişlənir söz demək imkanımız artır. Bildiyiniz kimi, Azərbaycan Amerika və Avropa üçün siyasi partnyordur. Azərbaycanın gördüyü işləri diaspora və Azərbaycan mətbuatı xarici vətəndaşlara və qeyri-dövlətlərdə fəaliyyət göstərən təşkilatlara çatdıra bilər. Bu məqsədlə bizim Amerika və Kanadada çox gözəl bir saytımız var. Eyni zamanda, "Ayna" adlı təşkilatımız fəaliyyətdədir. Bütün bunlar Kanada və Amerikada qərar qəbul etməkdə olan 40 mindən çox insanın poçtuna, e-mailinə göndərə bilər. Azərbaycan haqqında həqiqətlərin çatdırılmasına bütün bunlar kömək göstərir. Amerikada səfirin təyinolunma mərasimində erməni lobbisinə çox aktiv cavablar verilirdi. Bu, artıq onu göstərir ki, buna azərbaycanlılar təzyiq etmir. Amerika vətəndaşları özləri təzyiq göstərirlər. Belə ki, Amerika maraqlarının, yoxsa bir ovuc erməninin maraqlarının qorunması məsələsi gündəmə gəlmişdir. Amerikada, bildiyiniz kimi, 87 diaspor rəhbərləri həbs olundu. Onlar Amerika büdcəsindən 150 milyondan artıq pul oğurlamışdılar. Bu təşkilatların başında məhz diaspor rəhbərləri dururdu. Ermənistandan gələn vor-zakon olan Kazeran adlı bir şəxsin rəhbərliyi altında bu cür hadisələr baş vermişdir. Bu, onu göstərir ki, Rusiyada, Amerikada və digər dövlətlərdə Azərbaycan diasporunun fəaliyyətinin mövcudluğu qəbul olunandır. Diaspor təşkilatlarının əsas rolu ondan ibarət olmalıdır ki, Azərbaycan dövlətini, onun xarici siyasətini, əldə etdiyimiz bu müvəffəqiyyətləri və iqtisadi nailiyyətlərimizi xaricdə yaşayan insanların diqqətinə çatdırsın.


ZÜMRÜD BAYRAMOVA,

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər