Azərbaycan-ABŞ ikitərəfli hərbi məsləhətləşmələr keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir. İkitərəfli hərbi məsləhətləşmələrin növbəti ümumi sessiyası bu il yanvarın 12-13-də ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil olunacaqdır.