20 Yanvar faciəsi ilə əlaqədar YAP Tərtər rayon təşkilatı qadınlar şurasının rayon təşkilatında "20 Yanvar qan yaddaşımızdır" mövzusunda faciə qurbanlarının xatirəsini anma mərasimi keçirildi. 103 nəfər fəal YAP üzvü olan qadınlar iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ramiz Şabanov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olduğunu söylədi: "1990-cı il 20 Yanvar hadisələrindən 22 il keçir. Respublikamızın hər yerində bu faciə ilə bağlı geniş tədbirlər keçirilir, şəhidlərimizin qəbirləri ziyarət edilir, ruhlarına dualar oxunur".
Bu tarixi hadisənin xalqımızın milli-azadlıq mübarizəsinin qəhrəmanlıq zirvəsi olduğunu bildirən R.Şabanov onu da vu"20 Yanvar qan yaddaşımızdır"rğuladı ki, 20 Yanvar tarixi Azərbaycan xalqının istiqlaliyyət yolunda şəhidlik zirvəsidir: "Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi".
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova bildirib ki, Azərbaycan xalqının qan yaddaşına həkk olunan 20 Yanvar faciəsi əbədi olaraq qalacaq və heç vaxt unudulmayacaq: "Çünki həmin gün Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar, həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi".
X.Məmmədova 1990-cı ilin 20 Yanvarını Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu vurğuladı: "Təsadüfi deyil ki, bu faciəyə hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra verildi".
Tədbirdə çıxış edənlər vaxt ötdükcə hadisələrə daha düzgün qiymət verməyin mümkünlüyünü önə çəkdilər
R.HÜSEYNOVA