PDF Oxu

Sosial

  • 9

Rumıniyadakı Azərbaycan diasporundan Fransaya sərt təpki

Rumıniyadakı Azərbaycan diasporundan Fransaya sərt təpki

Rumıniyada nəşr olunan türkdilli "Həyat" qəzetində "Azərbaycandan Fransaya sərt təpki" adlı məqalədə Fransa parlamentinin qondarma "erməni soyqırımı" iddialarının inkarına görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsinə kəskin reaksiya verməsindən bəhs olunur. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, məqalədə Azərbaycan dövləti ilə yanaşı, müxtəlif ölkələrdəki Azərbaycan diasporunun da Fransa parlamentinin bu qərarına qarşı etiraz etdiyi qeyd olunmuşdur. Fransa, İtaliya, Almaniya və digər ölkələrdə olduğu kimi, Rumıniyada yaşayan azərbaycanlıların da Milli Assambleyanın qərarına sərt reaksiya verdiyini qeyd edən müəllif Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Təşkilatının Fransa parlamenti və bu ölkənin Rumıniyadakı səfirinə ünvanlanmış etiraz müraciətlərində adıçəkilən qanunun insan haqları və söz azadlığını kobud surətdə pozduğu vurğulanır.

Məqalədə Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Təşkilatının etiraz müraciətlərinin mətnlərinə istinad edərək, Fransa parlamentinin bu qərarının regionda əmin-amanlığa xidmət etmədiyi və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ədalətli və obyektiv vasitəçi missiyasını sual altına alır. Etiraz müraciətlərində Fransanın 20 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməməsi, bunun əvəzində saxta dəlillərə əsaslanaraq, təsdiqini tapmamış qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməsi şiddətlə qınanmışdır.

Məqalədə Rumıniyadakı Azərbaycan diasporunun Fransa parlamentindən heç bir fakta əsaslanmayan və İnsan haqlarına dair Bəyannaməyə zidd olan qərarın dərhal ləğv edilməsi tələb edilmişdir.

ZÜMRÜD

Digər xəbərlər