PDF Oxu

Sosial

  • 10

20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü    uğrunda mübarizənin rəmzidir

20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir

Lənkəran Dövlət Universitetində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan öncə müstəqilliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov şəhidlərin xatirəsinin həmişə əziz tutulduğunu bildirərək, "20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin və Respublika Təhsil Nazirliyinin müvafiq sərəncamlarına və əmrlərinə uyğun olaraq universitetdə keçirilən silsilə tədbirlər keçiriləcəyini bildirdi.


Universitetin tarix və fəlsəfə kafedrasının müdir əvəzi tarix elmləri namizədi Rakif İbadov "20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda məruzə ilə çıxış etdi.

Universitetin müəllimlərindən dosent Mirhüseyn Abbas, müəllim Füzuli Zamanov Heydər Əliyev Muzeyinin rəhbəri Vaqif Abdullayev tələbələrdən Mais Qurbanov, Mübarək Hacıyev, Mahir Məmmədov və başqaları çıxış edərək, 20 Yanvar faciəsinin ibrət dərslərindən, qəhrəman xalqımızın mətin iradəsindən danışdılar.

Prezident təqaüdçüsü, filologiya elmləri namizədi, dosent Hacı Mirhaşım Talışlı 20 Yanvar şəhidlərinə həsr etdiyi şeirlərini oxudu.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən kitab sərgisinə baxış keçirildi. Qəzetlər və fotostendlər nümayiş etdirildi.

Ümumxalq hüzn günü ilə əlaqədar olaraq universitetin professor-müəllim və tələbə kollektivinin Lənkəran Şəhidlər kompleksinə və xatirə yerlərinə ziyarətləri təşkil edildi və kompleksin önünə və şəhidlərin məzarları üstünə gül-çiçək dəstələri qoyuldu.

ZÜMRÜD

Digər xəbərlər