PDF Oxu

Sosial

  • 12

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı VII konfransını keçirdi

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı VII konfransını keçirdi

Yanvarın 18-də Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən söhbət açılmışdır. Sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilmiş, məruzə ətrafında çıxışlar olmuşdur.

Konfransda təşkilati məsələyə baxılmışdır. Vahid Əliyev yenidən YAP Xocalı rayon təşkilatının sədri seçilmişdir. Həmçinin təşkilatın şurasının, idarə heyətinin və nəzarət-təftiş qrupunun üzvləri seçilmişlər.

Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov vəYAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, rayon təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.

Digər xəbərlər