Milli.Az-ın Regional TV kanalına istinadən verdiyi məlumata görə, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov vətən fədailərinin şücaətindən danışıb. Daha sonra o, vətən oğullarının məzarı önünə əklil qoyub. Yağmurlu və soyuq hava şəraiti şəhidlərin məzarını ziyarətə gələnlərin sayına təsir etməyib. Şabran sakinləri xiyabanda uyuyan hər bir şəxsin məzarını ziyarət ediblər. Vətən fədailərini qərənfil yağışına tutublar. Sonda şəhidlərin xatirəsinə həsr olunan səhnəcik nümayiş olunub.