PDF Oxu

Sosial

  • 14

DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILDI

DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILDI

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib, xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar şəhidlərinin xatirəsi dərin hörmət hissi ilə yad edilir.

Dövlət Sərhəd Xidmətinin aparatında qanlı 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, sovet qoşunlarının Bakı şəhərində və respublikamızın digər şəhər və bölgələrində törətdikləri vəhşiliklər, faciənin səbəb və nəticələri haqqında danışıblar.

Tədbirdə qeyd olunubdur ki, respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz səsini ucaldan, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin keçirdiyi bu terror aktını xalqımız təkcə hüzn hissi ilə deyil, həm də böyük fəxarət hissi ilə qeyd edir.

Mərasimdə xüsusi olaraq vurğulanıbdır ki, o qanlı hadisəyə kəskin etiraz olaraq, 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirmiş və hadisəyə siyasi qiymət vermişdir. Bu qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə olmuşdur.

Tədbirin sonunda "Qanlı yanvara aparan yol" adlı film nümayiş etdirilmiş və 20 Yanvar faciəsi ilə əlaqədar təşkil edilmiş sərgiyə baxış keçirilibdir.

RÖVŞƏN

Digər xəbərlər