PDF Oxu

Sosial

  • 8

Qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət dayanır

Qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət dayanır

"2011-ci il ölkəmiz üçün çox uğurlu il oldu. Bütün sahələr üzrə baş verən inkişaf prosesləri bunu əminliklə söyləməyə əsas verir". Bu fikirləri YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov xatırladıb ki, ötən il dünya və Avropa iqtisadiyyatında çox gərgin anlar yaşanıb. Belə ki, Portuqaliyada, İspaniyada, Yunanıstanda və ümumilikdə götürdükdə avrozonaya daxil olan ölkələrin hər birində böhran olub.

"Azərbaycanda isə əksinə, 2011-ci il həm siyasi, həm iqtisadi baxımdan yaddaqalan və uğurlu il olub. 2011-ci ildə ölkəyə 20 milyard dollar investisiya qoyulub. Qoyulan investisiyanın 13 milyard dolları yerli investorların hesabına, 7 milyardı isə xaricdən cəlb olunan sərmayələrdir. Ölkənin qeyri-neft sektorunda 9,4 faiz artım qeyd olunub. Qazanılan uğurların əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət dayanır"- deyə YAP Siyasi Şurasının üzvü qeyd edib.

Digər xəbərlər