PDF Oxu

Sosial

  • 9

Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması...

Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması...

Fransa Senatı tərəfindən "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu, təbii ki, bu ölkənin ağılsız və əsassız qərarı kimi dəyərləndirilir. Çünki insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq, Fransanın düzgün siyasi istiqamət götürmədiyinin göstəricisi sayıla bilər. Fransanın bu cür qeyri-ciddi qanun qəbul etməsi N.Sarkozinin öz iddialarını Fransadakı, 500 min erməninin həmin ölkədə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində dəstək əldə etməsinə qurban verir.

Söz yox ki, qanunun qəbul edilməsi Fransada vətəndaş qarşıdurmasına gətirib çıxaracaq. Ən azı ona görə ki, Fransa əhalisinin böyük əksəriyyəti Ermənistanın harada yerləşdiyini və ermənilərin hansı xarakterə, düşüncəyə malik olmasından, doğrudan da, 100 il bundan əvvəl soyqırıma məruz qalmasından məlumatsızdırlar. Fransa Senatının bu cür anormal qanun qəbul etməsi Türkiyə ilə yanaşı, Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub. Məhz buna görə də Türkiyə və Azərbaycan ictimaiyyəti Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması təklifləri ilə çıxış etməkdədilər. Sizcə, bu məsələ reallaşarsa, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının uzanmasına gətirib çıxarmayacaq ki? Bu məsələyə münasibət öyrənmək üçün müsahiblərmizə müraciət etdik.


Rüstəm Məmmədov,

politoloq:


- Hesab edirəm ki, Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyində qalması bir o qədər də önəmli deyil. Çünki hər zaman Fransa tərəfi işğalçı ölkə olan Ermənistanı müdafiə edir. Lakin Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı qərarın qəbul edilməsi müəyyən prosedur qaydalar əsasında olmalıdır. Bu məsələnin hüquqi həlli yolu tapılmalıdır. Demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri heç bir ciddi iş görmürlər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ-ın da bu məsələ ilə bağlı mövqeyi qeyri-müəyyəndir. O cümlədən, Rusiya Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunmasının real tərəfdarı deyil. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun özünün ləğv olunması iddiası gündəmdə qalması daha doğru olardı. Nəin ki, Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxması. Yəni, iki dövlətin heç biri Dağlıq Qarabağ problemini həll etmək istəmir. Çünki sözügedən dövlətlərin regionda hər birinin öz maraqları var. Demək olar ki, həmin dövlətlər rəqabətdədirlər. Rəqabətdə olan dövlətlər vahid qərar qəbul edə bilməz. Ümumiyyətlə, inandırıcı görünmür ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələri olan Fransa, ABŞ və Rusiya birbaşa işğalçı ölkə olan Ermənistanın maraqlarına zidd gələ biləcək qərar qəbul etmək iqtidarında olsun.


Elşad Mirbəşiroğlu,

politoloq:


- İlk öncə, onu qeyd etmək istəyirəm ki, Türkiyənin özünün tam hüquqları var ki, ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunsun. Hesab edirəm ki, Türkiyə Fransadan daha çox səmimiyyətlə və qətiyyətlə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasına çalışacaqdır. Bu baxımdan, düşünmürəm ki, Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin uzanmasına səbəb olsun. Çünki ATƏT-in Minsk Qrupu həmsədr ölkəsi olan Fransanın sözügedən münaqişənin tənzimlənməsi ilə bağlı müsbətə doğru heç bir fəaliyyəti olmayıb. Burada proseslərin gedişi onu göstərir ki, Fransa Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı hər hansı bir addımın atmasına meyilli deyil.

GÜLYANƏ

Digər xəbərlər