PDF Oxu

Sosial

  • 11

YENİ AZƏRBAYCAN PARTİYASI HƏR ZAMAN CƏMİYYƏT ÜÇÜN AÇIQ OLUB

YENİ AZƏRBAYCAN PARTİYASI HƏR ZAMAN CƏMİYYƏT ÜÇÜN AÇIQ OLUB

Cəmiyyətin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası ümumxalq partiya kimi nəinki ölkəmizdə, eləcə də, Cənubi Qafqazda lider təşkilatlardan hesab olunur. YAP bu nailiyyətlərini xalqa və dövlətə müsbət xidmətləri ilə əldə edib. Bu gün Yeni Azərbaycan Partiyası xarici ölkələrin sağ mərkəzçi hakim partiyaları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu baxımdan, demək olar ki, Azərbaycanda YAP-a alternativ ola biləcək partiya yoxdur. İnsanlar YAP-a inanır və etibar edirlər. 2011-ci ilin yekunlarına görə partiyaya 34 mindən çox yeni üzvün qəbul olunması da YAP-a olan xalq inamının davamlı olduğunu göstərir.

MÜXALİFƏT PARTİYALARIGƏLİR MƏNBƏLƏRİNİ XALQDAN GİZLƏDİRLƏR


Bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyalar mövcuddur ki, həmin partiyaların təşkilatlanma prosesləri daim ictimaiyyətin diqqət mərkəzində olub. Lakin ölkədə elə siyasi partiyalar da mövcuddur ki, həmin partiyaların fəaliyyətləri arxasında qeyri-şəffaflıq, demokratik prinsiplərdən kənar meyillər müşahidə edilir. Bu cür siyasi təşkilatlar, əsasən, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalardır ki, onların fəaliyyət istiqamətləri, maliyyə hesabatları və digər amilləri ictimaiyyətdən gizlin saxlanılır. Bu isə, bir daha onu deməyə əsas verir ki, əsasən, müxalifət partiyalarına aid olan siyasi təşkilatlar gəlir mənbələrini xalqdan gizlətməklə, hansı istiqamətdə fəaliyyət göstərmələrini faş edirlər. Daha dəqiq desək, zaman-zaman bu kimi müxalifət partiyalarının apardıqları anti-dövlətçilik siyasətləri arxasında müəyyən qaranlıq, qeyri-şəffaflıq məqamları dayanır ki, bu da onların bəzi xarici dairələr tərəfindən qeyri-qanuni maliyyələşmələrini təsdiqləyir.


YENİAZƏRBAYCAN PARTİYASININ ŞƏFFAF FƏALİYYƏTİ DAİM XALQ TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR


Bu baxımdan Yeni Azərbaycan Partiyasının şəffaf fəaliyyəti daim xalq tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, dünən Yeni Azərbaycan Partiyası növbəti hesabatını açıqlayıb. YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər ətrafında çıxış edərkən bir çox mühüm məsələlərə toxunmuşdur. İclasda, həmçinin, Yeni Azərbaycan Partiyasının 2011-ci ilin illik hesabatı, ötən ilə dair maliyyə hesabatı, eləcə də, 2012-ci ilin birinci yarımilliyinə dair tərtib edilmiş iş planı geniş və ətraflı şəkildə müzakirə edilmişdir. YAP İdarə Heyətinin iclasında bir daha vurğulanmışdır ki, ötən 2011-ci ildə Yeni Azərbaycan Partiyası təşkilatlanma, ideoloji - təbliğat, gənclər siyasəti və beynəlxalq əlaqələrini genişləndirilməsi baxımından çox mühüm uğurlar, nailiyyətlər əldə etmişdir. Xüsusilə, qeyd edilmişdir ki, 2012-ci il yanvar ayının 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 556 min nəfərdən yuxarı olmuşdur. Eyni zamanda, 2011-ci ildə YAP sıralarına 34 mindən çox yeni üzv qəbul edilmişdir ki, onların da 60%-ni gənclər təşkil edir.

Habelə, İdarə Heyətinin iclasında partiyanın 2011-ci il maliyyə hesabatı da təsdiq edilmişdir. Maliyyə hesabatı ətrafında aparılan müzakirələrdən bir daha bəlli olmuşdur ki, ötən 2011-ci ildə partiya üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olmuşdur. Belə ki, daxil olmuş vəsaitin 4 milyon 611 min 323 manatı Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil etmişdir. Həmçinin, xərclənən vəsaitin 2 milyon 459 min manatı əmək haqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyə xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və s. istiqamətlərə sərf edilmişdir.

Bütün bu şəffaf, demokratik amillər bir daha təsdiq edir ki, Yeni Azərbaycan Partiyası hesabatlarını açıqlayarkən, hər zaman xalq faktorunu üstün tutmuş və bu cür uğurlu fəaliyyətini davamlı olaraq yürütməkdədir. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyalarından fərqli olaraq, xalqın partiyasıdır.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər