İctimai televiziyanın aparıcısı, Eurovision Mahnı Müsabiqəsinin şərhçisi Hüsniyə Məhərrəmova Maltanın ictimai yayımçısının dəvəti ilə bu ölkənin Milli Seçimlərində iştirak edir. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, bu gün Maltada Eurovision Mahnı Müsabiqəsi 2012-nin Milli Seçimlərinin yarımfinal mərhələsi keçirilir. Yarımfinalda iştirak edən 24 ifaçıdan 16-sı finala seçiləcək. Maltanın Milli Seçimlərinin münsiflər heyətində Azərbaycanın Eurovision 2011 qalibləri Eldar Qasımov və Nigar Camal da təmsil olunur. Hüsniyə Məhərrəmova, Eldar Qasımov və Nigar Camal fevralın 6-dək Maltada olacaq.