PDF Oxu

Sosial

  • 9

Litvanın xarici işlər naziri diaspor təşkilatımızın sədrinə xüsusi hədiyyə verib

Litvanın xarici işlər naziri diaspor təşkilatımızın sədrinə xüsusi hədiyyə verib

Fevralın 2-də Vilnüsdə Milli İcmalar Evində Litva Respublikasının xarici işlər naziri Audryonis Ajubalisin iştirakı ilə ölkənin milli azlıq təşkilatlarının nümayəndələri ilə görüş olub, dəyirmi masa keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyirmi masada Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev ev sahibi olaraq tədbirin aparıcısı qismində iştirak edib.

Litvanın 2013-cü ildə Avropa Birliyinə sədrlik etmək məsələsi ilə bağlı keçirilmiş bu tədbir ölkənin milli azlıq təşkilatları ilə məşvərət xarakteri daşıyıb. Audryonis Ajubalis ofisi burada yerləşən Litva Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Litva xarici işlər naziri Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevə Litva dövlətinin etnik siyasətinin həyata keçirilməsi sahəsində verdiyi mühüm töhfələrə görə, o cümlədən Litva-Azərbaycan ictimai-mədəni əlaqələrinin inkişaf etdirilməsində göstərdiyi uğurlu fəaliyyət üçün təşəkkür edib və ona nazirliyin xüsusi hədiyyəsini təqdim edib. Litva KİV-ləri, Litva Xarici İşlər Nazirliyinin rəsmi saytı tədbir barədə informasiya materialları yayımlayıb.

Digər xəbərlər