PDF Oxu

Sosial

  • 4

Naxçıvan ictimai-siyasi islahatlar dalğasının önündə gedən məkandır

Naxçıvan ictimai-siyasi islahatlar dalğasının önündə gedən məkandır

Son illər hüquq normalarından yayınmanın və bütövlükdə, məhkum olunmuş şəxslər tərəfindən cinayət törədilməsi hallarına rast gəlinməsi cəza probleminə diqqəti artırmış, aktual problemlərdən birinə çevirilmişdir. Məlumdur ki, cəza heç də həmişə qanunu pozanları cinayətkar davranışdan çəkindirə bilmir.Çünki hüquq normalarının hazırlanması, cəza sanksiyalarının, eləcə də, cəza təyini və icrası praktikasında digər amillərlə yanaşı, çox mühüm psixoloji və sosial-psixoloji amillər bəzən diqqətdən kənarda qalır.

Hüquq normalarını bilmək onların pozulmayacağına təminat vermir. Əsas məsələ insanın hüquq normalarına, bu normalarla mühafizə edilən dəyərlərə, hüquq normalarının sabitliyinə və tətbiqinin nümayiş etdirilməsinə, onun cəmiyyətə və insanlara münasibətindədir.

Bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən sayılan, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin müstəqilliyi dövründə böyük inkişaf yolu keçmişdir. Tədqiqat obyekti olaraq seçdiyimiz Naxçıvan Muxtar Respublikasında cinayətkarlıq aşağı səviyyədədir və bunun da səbəbləri insanların cəzadan qorxduqları üçün yox, məhz keçdikləri sosializasiya prosesinin uğurlu olması, mənəvi dəyərləri möhkəm mənimsədikləri üçündür. Həqiqətən də, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova istinadla desək: Naxçıvan Muxtar Respublikası cinayətsiz məkandır. Ümummilli Lider Heydər Əliyev tərəfindənəsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətə dönməzliklə əməl olunmasının uğurlu nəticəsidir ki, son bir neçə il ərzində NMR ərazisində yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət törədilməsi halı qeydə alınmamışdır. Bu səbəbdən də, NMR Ədliyyə Nazirliyinin yetkinlik yaşına çatmayanların cəzaçəkməsi üçün nəzərdə tutulan tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan şəxslər cəza çəkmir. Hesab edirik ki, bu hal lokal regional və qlobal müstəvidə bütün regionlar üçün arzuedilən hal olmalıdır. Tədqiqat göstərir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidmət müəssisəsində azadlıqdan məhrum olunmuş şəxslərin uğurlu islahında cəzanın fərdiləşmiş icrasına, məhbusların diferensiasiyasına, həbsxana şəraitindəki sosial-psixoloji iqlimin öyrənilməsinə, eləcə də, buradakı neqativ və pozitiv qrupların məhkumlara təsirinin nəzərə alınmasına xüsusi diqqət yetirilir. Cəzasını çəkmiş və azadlığa buraxılmış şəxslərin yenidən cinayət yoluna qayıdıb-qayıtmaması, həm də onların azadlıqdakı həyata hazırlığının psixoloji səviyyəsinin və resosializasiya hazırlanması istiqamətində, onların cəmiyyətə sosial adaptasiyası istiqamətində ciddi işlər aparılır. Penitensiar müəssisədə aparılan əsas tədbirlər məhkumun islah olunmasını cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsinə xidmət edir.

Vasif Talıbovun NMR-də cinayətkarlığa qarşı məqsədyönlü mübarizə siyasətinin fundamental əsasını, cinayətkarlıq baş vermədən qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi, hüquq-mühafizə orqanlarının təbliğatlanması, insanların hüquq normalarına, bu normalarla mühafizə edilən dəyərlərə, hüquq normalarının sabitliyinə və tətbiqinin nümayiş etdirilməsinə, onun cəmiyyətə və insanlara münasibəti təşkil edir. Hesab edirik ki, bu istiqamətdə sistemli iş aparılır. Naxçıvanda mövcud idarəetmə, bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə sahəsində də yüksək səviyyədədir. Təbii ki, bu gün mövcud vəziyyət Naxçıvanda cinayət törətmək istəyən, lakin törədə bilməyən Azərbaycan qanunlarını pozmaq istəyən, lakin poza bilməyən şəxslərə dözülməz görünə bilər. Amma bir reallığı qəbul etmək lazımdır ki, Azərbaycanda hər zaman siyasi islahatlar dalğasının önündə gedən Naxçıvanda, respublika rəhbərliyi fəaliyyətini yalnız Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edir. Bu gün respublikanın bütün sahələrində həyata keçirilən islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir.


İntizar MƏMMƏDOVA, NDU-nun sosial idarəetmə və hüquq fakültəsinin tələbəsi, BPKİYİ-nin ərazi ilk partiya təşkilatının sədri, BDU-nun dissertantı

Digər xəbərlər