PDF Oxu

Sosial

  • 15

“Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri”

“Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri”

Londonda "Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri" adlı kitabının təqdimat mərasimi keçirilib. Avropa Azərbaycan Cəmiyyəti tərəfindən nəşr olunmuş kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə nəzər salınıb.

Kitabın təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Türkiyənin Böyük Britaniyadakı səfiri Ünal Çeviköz, tarixçilər, mətbuat işçiləri iştirak ediblər.

Bu üç cildlik kitabda Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivi və Moskvada yerləşən Rusiya Dövlət Hərbi Tarix Arxivindən toplanmış sənədləri təqdim olunur. Bu qiymətsiz tarixi sənədlərin əksəriyyəti ilk dəfədir nəşr olunur. Bu sənədlərdə ermənilərin Qafqaza mütəmadi olaraq köçürülmələri və Rusiya İmperiyasının onlara himayədarlıq etməsi öz əksini tapıb.

Tədbirdə çıxış edən araşdırmanın təşəbbüskarı professor Kərim Şükürov bildirib ki, bu, Rusiya arxivlərindən götürülən əsas mənbədir: "Bütün sənədlər sistemli şəkildə nəşr üçün hazırlanıb, indiyə qədər biz 10 min səhifəlik materialları araşdırmışıq, 2000 səhifəlik material bu üç cilddə nəşr olunub. Erməni məsələsinin dəqiq izahı yoxdur, lakin materialları toplamaqla və onları düzgün sistemləşdirməklə Azərbaycan öz mövqeyinin başa düşülməsinə nail ola bilər. Rusiya imperiyası dövründə ermənilərin Qafqaza mütəmadi köçürülmələri sübut edən bu kitabın nəşri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir".

Lord Leyrd isə çıxışında diqqətə çatdırıb ki, mən Avropa ilə əlaqələrin genişlənməsi sayəsində böyük potensiala malik olan Cənubi Qafqaz bölgəsini təzə kəşf etmişəm. "Erməni məsələsi" kitabı tarixi yenidən yazmağa çalışmır, bu, arxiv materiallarının ciddi araşdırılmasıdır. Azərbaycanın mövqeyinin başa düşülməsinə nail olmaqda bu kitabların yardımçı olmasını təmin etmək vacibdir".

ABŞ-ın Monmut Universitetinin professoru Tadeuş Svyatoxovski nəşr olunan kitabların əhəmiyyətinə nəzər salıb. O, bildirib ki, bu kitablarda mühüm təfərrüatlar toplanıb. 19-cu əsrin sonunda neft inqilabı nəticəsində Azərbaycanın beynəlxalq vəziyyəti dəyişib. İqtisadiyyatın inkişaf etməsi ilə Bakı kosmopolit şəhərə çevrilib. O, həm də türk dünyasında mətbuatın mərkəzi olub. Professor onu da bildirib ki, 1905-06-cı illərdə erməni təcavüzü bu vəziyyəti dəyişdi. Bu amil də təqdim olunan kitablarda öz əksini tapıb.

ZÜMRÜD

Digər xəbərlər