PDF Oxu

Sosial

  • 7

Meksikanın nüfuzlu “The News” qəzetində Azərbaycan-Meksika münasibətlərinə dair geniş məqalə dərc edilib

Meksikanın nüfuzlu “The News” qəzetində Azərbaycan-Meksika münasibətlərinə dair geniş məqalə dərc edilib

Meksikanın nüfuzlu ingilisdilli "The News" qəzetində Azərbaycan ilə Meksika arasında münasibətlərin inkişafına, həmçinin Meksika Konqresində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş qətnamələrə dair geniş məqalə dərc edilmişdir.

Ölkəmizin Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycanın Meksikada açılmış ilk səfirliyinin bu ölkə ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyi vurğulanmışdır.

Məqalədə dövlətlərimiz arasında əlaqələrin inkişaf etdirilməsinin göstəricisi kimi yüksək səviyyəli qarşılıqlı səfərlərdən, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə səfərindən, mədəniyyət sahəsindəki müxtəlif tədbirlərdən və Azərbaycan ilə Meksika arasında imzalanmış bir sıra sazişlərdən bəhs olunmuşdur.

Yazıda 2011-ci ilin noyabr və dekabr aylarında Meksika Senatı və Deputatlar Palatası tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələrdən də söz açılmışdır. Bildirilmişdir ki, bu sənədlərə əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü pislənilmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan hökuməti tərəfindən yerinə yetirilməsi və işğal edilmiş ərazilərin geri qaytarılması tələb edilmişdir. Sənəddə, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində 20 il əvvəl Azərbaycanın Xocalı şəhərində 600-dən çox dinc əhalinin etnik təmizləməyə məruz qaldığı və burada soyqırımının törədildiyi vurğulanmışdır.

Digər xəbərlər