PDF Oxu

Sosial

  • 11

Qarabağ Fondu Amerika məktəblərində Azərbaycan mədəniyyətini təbliğ edəcək

Qarabağ Fondu Amerika məktəblərində Azərbaycan mədəniyyətini təbliğ edəcək

Qarabağ Fondu fevralın 13-də ABŞ-da Virciniya ştatının "Longfellow" adlı orta məktəbinin 150-yə yaxın tələbə, valideyn və müəllimləri üçün mədəniyyət bayramı təşkil edib.

Bu tədbirin iştirakçıları Azərbaycan mədəniyyəti ilə tanışlıq imkanı əldə ediblər. Trend-in məlumatına görə, "Longfellow" məktəbində təşkil olunmuş mədəniyyət bayramı zamanı Qarabağ Fondunun məktəbin Valideyn və Müəllim Birliyi üçün əldə etdiyi "Ailəni Məktəbə Cəlb Et Həftəsi" layihəsinin və Azərbaycan mədəniyyətinin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı qrant çərçivəsində həyata keçirir. Tədbir layihəni dəstəkləmiş AXA Fondunun nümayəndəsinin açılış nitqi ilə başlayıb. Daha sonra "Longfellow" orta məktəbində "Ailəni Məktəbə Cəlb Et Həftəsi" layihəsinin icrası üçün vəsait əldə etmiş Qarabağ Fondunun icraçı direktoru Diana Altman layihənin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, "Longfellow" məktəbi layihə üçün qrant əldə etməyə görə müraciət etmiş 233 məktəb içərisindən seçilmiş 45 məktəbdən biridir. Məktəbin direktoru iştirakçılara müraciət edərək bildirib ki, məktəbdə 96 ölkədən nümayəndələr təmsil olunur və Valideyn və Müəllim birlikləri ailələri məktəbə cəlb etməli, məktəb və ailə arasında olan əlaqələri gücləndirməlidir.

Təqdimatlardan sonra iştirakçılara Azərbaycan mədəniyyəti haqqında vəsait və müxtəlif milli geyimlər nümayiş etdirilib. Qarabağ Fondunun könüllü rəqqasları Azərbaycan rəqslərini nümayiş etdiriblər.

Digər xəbərlər