PDF Oxu

Sosial

  • 10

YAP-ın Sədr müavini  Əli Əhmədov Çinin ölkəmizə  yeni təyin olunmuş səfiri ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Fevral ayının 16-da Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuini partiyanın mənzil qərargahında qəbul etmişdir. Görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmış, ölkələrimiz, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.

YAP Sədrinin müavini Əli Əhmədov səfirə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat vermiş və münaqişənin başlanğıcından Çin Xalq Respublikasının Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini bir daha vurğulamışdır. Səfir Xun Tsyuin də öz növbəsində Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Bundan əlavə, o, son illər ölkədə aparılan quruculuq abadlıq işlərinin ürəkaçan olduğunu qeyd etmiş, Azərbaycanın beynəlxalq arenada rolunun və gücünün artığını vurğulamışdır. Görüşdə YAP -ın İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edirdi.

Digər xəbərlər