PDF Oxu

Sosial

  • 7

Ermənistan hər zaman Rusiyanın forpostu olub

Ermənistan hər zaman Rusiyanın forpostu olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulması üçün Rusiyanın vasitəçilik edəcəyini bəyan edib. Təbii ki, burada maraqlı görünən bu təklifə Azərbaycan cəmiyyətində münasibət birmənalıdır. Yəni Ermənistan və Azərbaycan arasında əlaqələrin qurulmasının indiki məqamda qeyri-mümkünsüzlüyü ortaya qoyulur. Bu da, onunla əlaqələndirilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, 1 milyondan çox insanlar evindən didərgin düşüb. Bu mənada, Rusiyanın növbəti səyinin nəticəsiz qalacağı şübhəsizdir. Eyni zamanda, bu cür təklifin arxasında Rusiyanın özəl Ermənistana hesablanan maraqların dayandığı da ehtimal olunur. Ən azı hazırkı mərhələdə Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir. Rusiya bu vasitəçiliyi üzərinə götürməklə Ermənistanı düşdüyü ağır böhranlı vəziyyətdən çıxarmağı düşünür. Amma Azərbaycan cəmiyyəti heç zaman Rusiyanın istək və arzularının realaşmasına imkan verməyəcək. Söhbət etdiyimiz politoloqlarda Rusiyanın bu təklifinin realaşmasının mümkünsüzlüyünü qeyd edirlər.

Politoloq, "Demokratik Sol Partiyası"nın sədri Elşən Manafov Ermənistanın hər zaman Rusiyanın forpostu olduğunu bildirdi. Bu fikir Rusiyanın siyasətçiləri və rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib. Bir sözlə, işğalçı ölkə RF-nin hərbi müttəfiqidir. Rusiya Ermənistanın özünün hərbi müttəfiqi olması ilə bağlı amilləri nəzərə alaraq, bölgədə işğalçı ölkənin mövqelərini gücləndirməklə, Qərbin bu bölgəyə olan inteqrasiyasının qarşısını almağa çalışır. Humanitar yardımın adı altında Rusiyanın Ermənistana qarşı hansı yardımlar edə biləcəyi ilə bağlı bir çox müəyyən şübhəli məqamlar yaranır. Çünki zamanında Rusiya dövləti Ermənistana 1 milyard dollar məbləğində silah satmış bir ölkə olub. Bir müddət sonra isə, bu məsələlər qabardıldıqda, Rusiya tərəfi etiraf etmək istəmədi ki, həqiqətən də, bu silahlar Ermənistana ötürülüb. İndi isə bu humanitar yardımların adı altında Rusiya çökməkdə olan Ermənistan iqtisadiyyatını qaldırmaq istəyir.

Politoloq Elşad Mirbəşiroğlu isə Rusiyanın Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələri qurmaq istəyi yeni xəbər olmadığını bildirdi. Bundan əvvəlki görüşlərdə də Rusiya "Xalq Diplomatiyası" ideyasını səsləndirmişdir. Bu da, tərəflər arasında əlaqələrin qurulmasının bir formasıdır. Rusiyanın Ermənistan və Azərbaycan arasında humanitar xarakterli addımların atılması istiqamətində müşahidələrimiz olub. Tərəflər arasında ilkin bir real addım olaraq, əsrlərin və orada həlak olanların geri qaytarılması məsələsi gündəmə gəldi və bu istiqamətdə real addımlar atıldı. Rusiya tərəfində humanitar yardım xarakterli addımlar atılmaqla tərəflər arasında yaxınlaşmanın əldə olunması istəyi var. Bu gün Rusiya tərəfinin Ermənistanla qonşu ölkələr arasında əlaqələrin yaradılmasına çalışır. Bu gün işğalçı ölkə olan Ermənistanın iqtisadiyatı iflic vəziyyətindədir. Burada Azərbaycanla bu əlqaələrin qurulmasının hansı halda mövcud ola biləcəyini bəyan etmişik? Yalnız işğal altında olan ərazilərimiz azad olunduqdan sonra bu əlaqələr qurula bilər.


GÜLYANƏ

Digər xəbərlər