PDF Oxu

Sosial

  • 11

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası ölkənin ən qüdrətli siyasi təşkilatıdır

Fevralın 18-də YAP Xızı rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə əklil, tər gül dəstələri düzüblər.

Konfrans Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev tədbirin gündəliyini elan edib. Konfrans iştirakçıları gündəliyi təsdiq etdikdən sonra YAP Xızı rayon təşkilatının sədri F.Haqverdiyev hesabat məruzəsi ilə çıxış edib.

Rayon təşkilatının sədri vurğulayıb ki, VII konfransa ilk təşkilatlardan 171 nümayəndə seçilib. F.Haqverdiyev YAP Xızı rayon təşkilatının hesabat dövründə üzvlük haqlarının yığılması, partiyaya qəbul, təsdiq olunmuş iş planına uyğun tədbirlərin keçirilməsi, nizam-intizamın gücləndirilməsi və rayonun ictimai-siyasi həyatında mövqeyini daha da gücləndirmək istiqamətində bir çox işlərin görülməsi olduğunu söylədi: "Bu gün YAP Xızı rayon təşkilatında 41 ərazi ilk partiya təşkilatı 1671 nəfər partiya üzvünü özündə birləşdirir ki, bunların da 733 (43,9 faizi) nəfəri qadınlar, 783 (46,9 faizi) nəfəri isə gənclərdir. Qeyd edim ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatlarında partiya sıralarına qəbul dinamikası qənaətbəxş hesab olunmuşdur".

F.Haqverdiyev onu da bildirib ki, ötən ilin iyul ayının 19-da ölkə Prezidenti cənab İlham Əliyevin Xızı rayonuna ikinci dəfə rəsmi səfəri zamanı bir neçə obyektin açılışı ilə bərabər YAP Xızı rayon təşkilatının yeni inzibati binasının açılış mərasimində iştirak etməsi partiya üzvlərini böyük sevincinə səbəb olub.

Konfransda təşkilatın nəzarət-təftiş qrupunun sədri Bəşir Mürsəlov hesabat məruzəsi ilə çıxış etdi. Tədbirdə rayon təşkilatının qadınlar şurasının sədrinin müavini Xatirə Həşimzadə, millət vəkili, BDU-nun rektoru Abel Məhərrrəmov, millət vəkili İlham Əliyev və başqaları çıxış edərək, YAP rəhbərliyinin yürütdüyü siyasi kursdan bəhs ediblər, partiyanın Xızı rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransda YAP Siyasi Şurasının üzvü, Xızı rayon təşkilatının idarə heyətinin üzvü, Xızı rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, rayonda gedən abadlıq və quruculuq işlərinin bundan sonra da uğurla davam edəcəyini bildirib: "Yeni Azərbaycan Partiyasının da yürütdüyü strateji xətt həmin uğurlara hesablanıb. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin gördüyü hər bir iş öz monolitliyi və mükəmməlliyi ilə göz önündədir. Azərbaycan xalqı bundan sonra da öz sevimli Prezidentinin ətrafında sıx birləşərək, daha böyük uğurlara imza atacaq".

Sonra təşkilati məsələlərə baxılıb. YAP Xızı rayon təşkilatının şura tərkibi, idarə heyəti və nəzarət-təftiş qrupu formalaşdırılıb. Fərrux Haqverdiyev yenidən YAP Xızı rayon təşkilatının sədri seçilib.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunub.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər