PDF Oxu

Sosial

  • 13

“Xocalını unutma” adlı ədəbi-bədii kompozisiya keçirildi

“Xocalını unutma” adlı ədəbi-bədii kompozisiya keçirildi

Dünən YAP Binəqədi rayon təşkilatı, Binəqədi rayon icra hakimiyyəti və Bakı Humanitar Kollecinini birgə təşkilatçılığı ilə "Xocalını unutma" adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur.

Kompozisiyanın ssenari müəlllifi və rejissoru mərhum İmran Vahabovdur. Kompozisiya çərçivəsində kollecin tələbələri Sayılov Binyamin, Allahverdiyev Röya, Pənahova Şəlalə, İnqilablı Maya, Cabbarov Rüfət, Nuriyeva Gülər və başqaları Xocalı soyqırımının dəhşətli anlarını əks etdirən məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Dünyamızın talesiz şəhəri olan Xocalının başına fevral ayının 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən gətirilən dəhşətləri olduqca təsirli, dramatik şəkildə səhnədə öz həllini tapmışdır. Hadisənin şahidi olmayan gənclər sanki həmin gün ermənilərin törətdikləri faciənin içərisində, məhz qızların, gəlinlərin, yaşlıların, ahılların keçirdikləri hissələrin şahidi olmuş və bu görüntüləri yaşaya-yaşaya 20 ildən sonra təhsil aldıqları ocağın səhnəsində bir daha yaşadılar.

Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı qeyri-insani cəza üsulları ilə bəşər tarixinə iz saldığı qeyd olundu.Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımı insanlıq tarixinə kütləvi terror aktlarından biri kimi daxil oldu. Kompozisiyanın iştirakçıları bildirdi ki, Xocalıda baş verən hadisələrə, beynəlxalq hüquq normalarını pozan və Ermənistana, cinayətkar erməni siyasətinə göz yumuldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən soyqırımı aktı zamanı zirehli maşınlar və tanklardan istifadə edərək, Xocalıya hücum ediblər. Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçiriblər.

Bəli, 1992-ci il 26 fevral tarixində Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Qanında, iliyində hissi, milliyyətinin kimliyi bəlli olmayan ermənlər tərəfindən törədilmişdi.

Həyəcan, qəhər içərisində yaşayan gənclər intiqama doğru can ataraq, od-alov saçan ifadələri ilə mərdlik, mübarizlik, ərənlik kimi dəyərləri əks etdirdilər. Xocalı sakinlərinin həmin gün ən müqəddəs amalı - vətəni qoyub hara getdikləri fikrini, ah-naləni bir neçə dəqiqənin içərisində əhatə etməklə, vətənə olan bağlılıq və sevgilərini təzahür etmiş oldular.

Nə qədər yerdədir Xocalı qanı,

Rahat olmayacaq xalqın vicdanı

- deyən gənclər Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərinə and içib Vətənin hər qarışını qoruyacaqlarına söz verdilər. Buna Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının olduğunu dilə gətirdilər. Musiqinin fonunda dilə gətirilən ifadələr, şeir parçaları, eləcə də, səhnə tərtibatı qısa bir zaman ərzində Xocalıda baş verən faciəni yenidən yaşatdı.


ZÜMRÜD

Digər xəbərlər