Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Tümen və Kurqan vilayətlərində tanışlıq səfərində olmuş, Kurqanın qubernatoru Oleq Boqomolov və Tümenin vitse-qubernatoru Mixail Sarıçevlə səmərəli görüşlər keçirmişdir. Görüşlərdə iqtisadiyyat, elm və mədəniyyət, digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Tərəflər Rusiya və Azərbaycan münasibətlərinin yüksək səviyyəsini, habelə regionlararası əməkdaşlığın müsbət dinamikasını vurğulamışlar.
Azərbaycandakı sosial-iqtisadi vəziyyətdən, həyatın bütün sahələrində qazanılan uğurlardan söz açan Sultan Qasımov Azərbaycan və Rusiya regionları arasında humanitar və mədəni əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi zərurətinə xüsusi diqqət yetirmişdir.
Sultan Qaslımov, həmçinin səfər zamanı Rusiyanın iki regionundakı Azərbaycan diasporunun nümayəndələri - Ümumrusiya Azərbaycan Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının regional bölmələrinin tənzimləmələri ilə görüşmüş, Azərbaycan dövlətinin xaricdəki həmvətənlərin dəstəklənməsi istiqamətində siyasətindən və Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən danışmışdır.