YAP rayon və şəhər təşkilatları gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində keçirilən iki günlük seminarın ilk günü səmərəli fəaliyyəti ilə yadda qaldı. Qeyd edək ki, iki gün davam edən seminarın ilk günündə gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və s. üçün üç müxtəlif qrupda işi davam edirdilər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etdi ki, YAP rayon (şəhər) təşkilatları üzrə gənclər bilrikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində iki günlük seminarı keçiriləcək. Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər: "Seminarın keçirilməsi gənclərin biliklərinin təkmilləşməsinə və gələcəkdə texnologiyaların öyrənilməsinə münbit şərait yaradır. Seminar martın 1-dək davam edəcək. Sonda gənclər Heydər Əliyev Fondunu ziyarət edəcəklər".
Ayrı-ayrı bölmələr üzrə keçirilən seminar müxtəlif sahələri əks etdirən müzakirələrlə öz işini davam etdirdi. Qeyd edək ki, İKT-yə həsr olunmuş ideoloji seminara YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, İKT üzrə nəzarət və texniki mövzularında keçirilən seminara isə YAP GB sədrinin müavini Samirə Quliyeva rəhbərlik etdi.
İKT-yə həsr olunmuş ideoloji seminara rəhbərlik edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı gənclərə azərbaycançılıq ideologiyası ilə bağlı geniş məlumat verdi: "Gənclər sosial şəbəkələrdə fəaliyyət göstərərkən, bir neçə istiqamətdə prosesə qatılmalıdır. Onlar birincisi Ermənistan və erməni dairələrinin lobbisini beynəlxalq media sistemində Azərbaycan əleyhinə apardığı qara piarı ifşa etmək və erməni təbliğatına qarşı tutarlı dəlillər, faktlarla çıxış edərək ermənilərin Azərbaycan torpaqlarını işğal etməsini, bötüvlükdə, ölkəmizə qarşı törətdikləri terror aktlarını beynəlxalq sosial şəbəkə sistemində ingilis, rus və Azərbaycan dilində yaymalıdırlar".
Seminar iştirakçılarının xoş təəssüratları
- Keçirilən seminarların əhəmiyyətli nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan gəncləri informasiya texnologiyalarından səmərli istifadənin, internet resurslarından daha geniş şəkildə yararlanmağın modern üsullarını öyrənirlər. Təbii ki, bu kimi reallıqların həyata keçirilməsində dövlətin, xüsusilə, cənab Prezident İlham Əliyevin diqqəti mövcuddur. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən gənclər də bu kimi mühüm vasitələrdən istifadə edərək, müasir dünyada yeni-yeni ünsiyyətlərin yaradılmasında yaxından iştirak edirlər. Onu da qeyd edim ki, biz toplaşdığımız seminarda əldə etdiyimiz bilgilərimizi digər gənclərə də öyrətməyə borcluyuq. Çünki elə hallar da var ki, internetdən və sosial şəbəkələrdən istifadə edən insanlar bunun müsbət tərəfini görə bilməkdə çətinlik çəkirlər. Yəni bu vasitədən səmərəli istifadə etməyi bacarmırlar. Ona görə də biz, ilk növbədə, təmsil olunduğumuz siyasi təşkilatın yaratdığı bu imkandan maksimum halda yararlanmalıyıq.
- Bu gün keçirilən müşavirə biz gənclərin bir yerə yığışmasına, gənclərin fikirlərinin öyrənilməsinə, əsasən də, gələcək fəaliyyətimizin müəyyənləşdirilməsinə uğurlu zəmin yaradır. Eyni zamanda, gənclərimizin təhsilə daha çox üstünlük verməsi, özlərinin şəxsi fikirlərini açıq şəkildə bildirməsi, qarşıda duran problemlərin həll olunması əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Bu seminarların keçirilməsi gənclərin ideoloji cəhətdən inkişafına, onların kompyuter-informasiya texnologiyalarından daha sərbəst şəkildə istifadəsi üçün geniş məlumatlar əldə etməsinə geniş imkanlar yaradacaq və əldə etdikləri bilgiləri təmsil etdikləri rayon və bölgələrin birliklərində gənclərlə bölüşəcəklər.
- Bu gün keçirilən seminar gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparıldı. Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirirlər. İnanıram ki, YAP-ın gənclər birliyinin üzvləri bundan sonrakı ictimai fəaliyyətlərində daha aktiv və fəal iştirak edəcəklər.
- Yeni Azərbaycan Partiyasının mütəmadi olaraq keçirdiyi seminar və treninqlərin həmişə biz gənclərin intellektual düşüncəsinə müsbət təsiri olub. Bugünkü seminarın da uğurlu nəticə verəcəyinə inanıram. Çünki seminarlar zamanı əldə etdiyimiz bilgilər təmsil etdiyimiz təşkilatımızda daha da səmərəli nailiyyətlər əldə etməyimizə kömək edir. Hər keçirilən seminarlar bizlərə yeni bir istiqamət verir. Biz də çalışacağıq ki, region üzvləri olaraq, YAP Gənclər Birliyinin işlərinə yaxından köməklik edək.
- Bugünkü tədbirə respublikanın bütün ərazisindən olan gənclər toplaşıb. Bu da ölkəmizdə gənclərin fəallğını göstərir. Biz gənclər də Yeni Azərbaycan Partiyasının qarşımızda qoyduğu bütün tədbir və planları daima həyata keçirməyə hazırıq. Ölkəmizdə gənclərə hər zaman diqqət və qayğı göstərilir. Bu qayğıya cavab olaraq, biz gənclər hər zaman öz ölkəmizin uğurlu inkişafında ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasətə dəstək oluruq və bundan sonra da Onun ətrafında sıx birləşəcəyik.
RƏFİQƏ KAMALQIZI