PDF Oxu

Sosial

  • 10

Qalibiyyətlə nəticələnmiş ideoloji müharibə “Xocalıya ədalət” erməniləri təşvişə salıb

Qalibiyyətlə nəticələnmiş ideoloji müharibə “Xocalıya ədalət” erməniləri təşvişə salıb

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı şəhidlərin anma mərasimləri Türkiyə Avropa və Amerikada yüksək səviyyədə qeyd olundu. Qətliam qurbanlarının anılması, faciənin dünyaya çatdırılması üçün "Xocalıya ədalət" kampaniyası keçirilir. Son iki ildə 50-dən artıq ölkədə "Xocalıya ədalət" kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilib. Kamaniyanın fəaliyyətini əlaqələndirən İKT GF-nin təşəbbüsü ilə Kampalada (Uqanda) İKT Parlament İttifaqının və Düşənbədə (Tacikistan) İKT ölkələri XİN rəhbərlərinin iclaslarında Xocalı qırğınını "insanlığa qarşı cinayət" kimi göstərilən sənədlər qəbul edilib. Məhz bu zəmində Xocalı soyqırımının 20-ci ili ərəfəsində Pakistan Senatı və Meksika parlamenti Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.Hazırda kampaniya çərçivəsində dünya ictimaiyyətini Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran ərizə üçün imza toplamaqla bağlı beynəlxalq aksiya keçirilir.

Təbii ki, bu, ilk növbədə, ölkəmizin haqlı olaraq apardığı ideoloji müharibənin qalibiyyətidir. Lakin bu qalibiyyətimiz ideoloji əsaslarını yalanlar üzərində quran "qondarma soyqırımı"nı əlində bayraq edən işğalçı erməniləri təşvişə salıb. Hətta bir neçə erməni anma mərasimlərinə kölkə salmağa belə çalışıb. Ermənilərin ilk cəhdi Çexiyada "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən aksiyada olub. Bir neçə Aksiya iştirakçılarının Çexiyanın mərkəzi küçələrindən birində quraşdırdıqları çadıra soxularaq "Xocalı propoqandası" adlı broşuraları səpələməyə başlayıblar. Bunu görən azərbaycanlılar dərhal məsələyə reaksiya göstəriblər. İnsident böyümədən sonlanıb. Ermənilər bununla kifayətlənməyiblər. Məşhur domenlərdən birini alan ermənilər orada Azərbaycana, Xocalı soyqırımına qarşı növbəti dəfə çirkin təbliğata əl atıblar. Saytda guya bizi "öz silahımızla vurmağa" çalışan ermənilər orada azərbaycanlıların saxta müsahibələrini, saxta şahidlərin videolarını və qondarma sənədlər yerləşdiriblər. Saytda Xocalı soyqırımının mahiyyətini dəyişdirməyə cəhd olunub. Məqsəd açıq-aşkar özünü göstərir - bütün dünyanın diqqətini Xocalı soyqırımından yayındırmaq və bu qətliamın olmadığına, guya bizim saxtakarlıqlara yol verdiyimizə dünyanı inandırmaq. Bunun üçün xeyli "tər tökən" ermənilər saytı 6 dildə hazırlayıblar - ingilis, Azərbaycan, rus, alman, fars və fransız. "Xocalı - Görünməmiş saxtakarlıq və təhrifin xronikası" yazısı ilə açılan saytda ziyarətçilərə hələ bir utanmaz-utanmaz xəbərdarlıq da edilir: "Bu şəkil və materiallar əsəbləri zəif və 16 yaşdan aşağı insanlar üçün nəzərdə tutulan dəhşətli səhnələrdir. Bu cür xəbərdarlıq, həqiqətən də, nifrətin azaldılması baxımından yaxşıdır. Nifrət yalnız cinayətkarlara deyil, həmçinin, bu materialları xəbərdarlıq etmədən yayan insanlara şamil olunur". Əslində isə, özlərinin bu saxtkarlıq və təxribatları o qədər qeyri-peşəkar şəkildə hazırlanıb ki, saytın Azərbaycan dilində olan versiyasında bizim dilimizdə yazı və müsahibələr "erməni budaq cümlələri" ilə verilib, heç bir mənbə və faktlara əsaslanmayan qeyri-müəyyən şəkillərlə doldurulub. Bütün dünyanın gözü önündə baş vermiş Xocalı soyqırımında daşdan keçən faktların qarşısında aciz qalmış ermənilər daha hansı yollara fitnə-fəsadlara əl atacaqlarını artıq özləri də bilmirlər.

Nyu-Yorkda izdihamla müşahidə olunan "Xocalıya ədalət" yürüşündən qorxan erməni diaspor nümayəndələrinin dəstəyi ilə bir qrup amerikalı erməni Vaşinqtonda aksiya keçiriblər. Aksiyada dırnaqarası erməni soyqırımı şüarları səsləndirilib. Daha sonra isə Azərbaycanın inkişaf edən silahlı qüvvələrinin durdurulması bəyanatları veriblər. Ancaq aksiya Amerika tərəfindən diqqətə alınmayıb. Belə ki, Amerika mətbuatının gözü Xocalıda baş vermiş qanlı soyqırımı törədənləri öz mətbu orqanlarında dərc etmək idi. Hətta qısa araşdırmamızda gördük ki, heç erməni mətbuatı da Vaşinqtondakı erməni aksiyasını işıqlandırmadı. Ermənilərin NEWS.am saytı aksiyanı işıqlandıran yeganə sayt oldu. Sonda isə yalan və saxtakarlıq üzərində qurulmuş erməni diasporasının həqiqi siması artıq ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır və bu zəmində ermənilərin reaksiyası Azərbaycanın informasiya siyasətinin böyük uğuruna sübutdur.


Bəxtiyar MƏMMƏDOV

Digər xəbərlər