PDF Oxu

Sosial

  • 13

Qondarma “erməni soyqırımı” demokratiya səddini aşa bilmədi

Qondarma “erməni soyqırımı” demokratiya səddini aşa bilmədi

Fransa Senatı tərəfindən qərəzli şəkildə qəbul olunmuş qondarma "erməni soyqırımı" qanununun ömrü uzun çəkmədi. Belə ki, Fransada, eləcə də, Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisinin təzyiqi nəticəsində qəbul olunmuş bu qanun demokratiya səddini aşmağa nail olmadı. Belə ki, sözügedən qanun Fransa Konstitusiya Şurası tərəfindən ləğv edildi və bununla da, dünya ermənilərinin arzuları yerinə yetirilməmiş qaldı. Artıq məsələ ilə bağlı müxtəlif erməni informasiya saytlarında və portallarında Fransaya qarşı etiraz dalğaları başlanmaqdadır. "Arm.info", "Hayastan.ru", "Aykakan.am" saytları Fransanın Konstitusiya Şurasına qarşı qara piar kampaniyasına start veriblər.

Lakin burada daha bir əsas məqam mövcuddur ki, həmin məqam bilavasitə, Azərbaycan və qardaş Türkiyənin sözügedən məsələ ilə bağlı apardıqları birgə tədbirlərdir ki, həmin davamlı işlərin nəticəsində bu kimi saxta qanun Fransanın ali qanunvericiliyi tərəfindən ləğv olundu.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Fransa Konstitusiya Şurasının qəbul etdiyi qərara münasibət bildirərkən, vurğulayıb ki, bu, həm də Azərbaycan və Türkiyə hökumətinin, iki qardaş ölkəni təmsil edən ayrı-ayrı strukturların dünyada, o cümlədən, Fransanın daxilində həyata keçirdiyi tədbirlərin nəticəsidir: "Çünki Fransa parlamenti qərarı qəbul etdiyi gündən, hətta ondan da qabaq Türkiyəni və Azərbaycanı təmsil edən müxtəlif strukturlar, o cümlədən, dövlət qurumları, Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, Avropa Şurası, ATƏT və digər qurumlardakı nümayəndələri, həmçinin, Azərbaycan hökumətinə bağlı olan dairələr, diaspor təşkilatları, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən dostlarımız fəaliyyətə keçdilər və bunun da nəticəsi olaraq, antidemokratik və yalan məlumatlar üzərində qurulmuş saxta qərar ləğv olundu".


"Azərbaycan ilə Türkiyənin birgə fəaliyyətinin nəticəsi idi ki, Fransa parlamentinin aşağı palatasının, Senatının qəbul etdiyi bu qərar Fransanın Konstitusiya Şurası tərəfindən ləğv olundu"


Eyni zamanda, buna görə qardaş Türkiyəni və Azərbaycanı təbrik edən Əli Həsənov düşünür ki, bu iki ölkənin bu tipli məsələlərdə birgə fəaliyyətinin ilk belə uğurlu nəticəsidir: "Düşünürük ki, artıq qondarma "erməni soyqırımı"nı siyasiləşdirərək, ona qiymət verməyə çalışan dünya ölkələrinə Fransa Konstitusiya Şurasının çıxardığı bu qərar öz təsirini göstərəcək. Və yəqin ki, gələcəkdə, sözün həqiqi mənasında, bu tipli hadisələrin tarixdə baş vermiş hər hansı hadisələri siyasiləşdirməklə siyasilərin dili ilə deyil, məhz tarixi tədqiqatlar nəticəsində tarixçilərin dili ilə dəyərləndirilməsi baş verəcək. O zaman ayrı-ayrı ölkələr bundan siyasi faktor kimi istifadə etməyə qalxmayacaq".

Prezident Adminstrasiyasının rəsmisi bir daha qeyd edib ki, qondarma "erməni soyqırım"ı saxtadır, heç bir erməni soyqırımı baş verməyib:"Bu, ermənilərin uydurmasıdır, antitürk fəaliyyətinin tərkib hissəsidir. Onlar bu uydurma tarixdən istifadə edərək, dünyada antitürk fəaliyyətlərini həyata keçirmək istəyirlər. Azərbaycan ilə Türkiyənin birgə fəaliyyətinin nəticəsi idi ki, Fransa parlamentinin aşağı palatasının, Senatının qəbul etdiyi bu qərar Fransanın Konstitusiya Şurası tərəfindən ləğv olundu".


"Azərbaycan Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva onlarla görüşdü, biz onlarla müxtəlif müzakirələr apardıq"


Əli Həsənov bu istiqamətdə mütəşəkkil iş aparmış Prezident İlham Əliyevin, eləcə də, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətləri haqda danışarkən, xüsusilə qeyd edib ki, Fransa parlamentində qəbul olunmuş bu qərarın əleyhinə səs verən deputatların imzasını toplamaq, onlarla iş aparmaq böyük bir fəaliyyət tələb edirdi: "Bilirsiniz ki, həmin dövrdə biz Azərbaycanla dostluq qrupuna daxil olan bir qrup, o cümlədən, Sarkozinin partiyasında təmsil olunan fransız deputatları Azərbaycana dəvət etdik, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva onlarla görüşdü, biz onlarla müxtəlif müzakirələr apardıq. Azərbaycanda bu məsələyə cənab Prezident də daxil olmaqla, həm parlamentdə, həm Prezident Administrasiyasında müxtəlif qiymətlər verildi".

Əli Həsənovun qeyd etdiyi kimi, bütün bunlar ona gətirib çıxardı ki, Fransa cəmiyyətində bu qanunun qeyri-düzgünlüyünə inananların sayı artdı və bu ədalətsiz qərar aradan qalxdı.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər