Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov martın 5-də Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə partiyanın mənzil qərargahında görüşdü. Görüşdə Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında strateji əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir. Görüşdə YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edirdi.