PDF Oxu

Sosial

  • 16

Mübariz Əhmədoğlu: “İran rəhbərliyinin yaratdığı antiazərbaycan mətbuat vasitələri onun təhtəlşüurunun göstəricisidir”

Mübariz Əhmədoğlu: “İran rəhbərliyinin yaratdığı antiazərbaycan mətbuat vasitələri onun təhtəlşüurunun göstəricisidir”

İranda yerindən qalxan Azərbaycan Respublikası ilə bağlı fikir bildirərkən fikrinin əvvəlində İran-Azərbaycan münasibətlərinin tarixən yaxşılığından danışır, sonra fikrini bildirir, ən axırda isə məsləhət verir. İran-Azərbaycan münasibətlərinin yaxşılığı haqqında danışanlar nədənsə bu yaxşılığın indi nələrdən ibarət olduğunu deyə bilmirlər. Ola bilər bu adamlar öz arzularını reallıq kimi qələmə verirlər, amma reallıq və arzu tamam fərqli şeylərdir. Bunu politoloq Mübariz Əhmədoğlu

İran-Azərbaycan münasibətləri barədə məqaləsində qeyd edib. Politoloq İranın Azərbaycana münasibətinin indiki səviyyəsini bilmək istəyənlərə iki misal göstərir:

a) Azərbaycanla İran arasındakı mal dövriyyəsi 250 milyon dollar hüdudlarındadır. Bu rəqəm 2011-ci ilin rəqəmidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir neçə il müddətində İran İslam Respublikası Azərbaycanın bir nömrəli iqtisadi tərəfdaşı olub və aralarındakı mal dövriyyəsi təxminən 1 milyard dollara yaxınlaşıb. 1992-ci ildə İranla Ermənistan arasındakı mal dövriyyəsi 20-30 min dollar səviyyəsində idi. İndi İranla Ermənistan arasındakı mal dövriyyəsi 370 milyon dollardır. Ermənistanın əhalisi 2 milyon 850 min nəfər olduğu halda, Azərbaycanın əhalisi 9 milyonu ötüb keçib. İran hansısa bir iqtisadi təklifinin Azərbaycan tərəfindən rədd olunduğunu deyə bilməz.

İranın Ermənistanla mal dövriyyəsinin artması, Azərbaycan Respublikası ilə azalması ilə eyni vaxtda daha iki proses diqqəti çəkir. İndiki hakimiyyətin göstərişi ilə antiazərbaycan mətbu orqanları yaradılır və sürətlə inkişaf etdirilir. Digər proses isə İranda əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşmasıdır. Bir az daha dəqiq desək, İranın indiki rəhbərliyi Ermənistanın vəziyyətinin yaxşılaşdırılması, İran və Azərbaycanın vəziyyətinin pisləşməsi istiqamətində fəaliyyət göstərmişdir.

b) İranın son dövrlərdə yaratdığı azərbaycandilli mətbu orqanlarının monitorinqi çox şeyi deyir. Bizə inanmasınlar, özləri monitorinqi aparsınlar. Nəticələrini bizə deməsələr də olar, çünki biz o monitorinqi aparırıq və nəticələrindən xəbərimiz var. Həmin bu mətbu orqanlarında Azərbaycan başdan-ayağa problemlər məskəni kimi göstərilir. Müstəqilliyə qədəm qoyandan problemlər bataqlığına düşən Azərbaycan Respublikası tədricən problemlərini azaldır. Dağlıq Qarabağ münaqişəsinin həllindən başqa iri bir problemimiz yoxdur. Vaxtilə Dağlıq Qarabağ münaqişəsini qızışdıranların, körükləyənlərin böyük əksəriyyətini rəsmi Bakı neytrallaşdıra bilib. Bu dövlətlərin böyük bir qrupu nəyinsə hesabına Azərbaycanın xeyrinə söz danışır, hərəkət edir. Bu sıradan yalnız İran qalıb. İran Ermənistanın müdafiəsindən əl çəkmək fikrində deyil. Əlbəttə, indi bu məsələ bizim qədər, bəlkə də bizdən də çox İranın problemidir. Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması Azərbaycan Respublikası qədər İran üçün də təhlükə yaradır. Əhalinin sosial-iqtisadi problemlərinə gəldikdə isə Azərbaycannın Prezidenti keçirdiyi son müşavirədə bildirdi ki, 2013-cü ildən sonra dövlət Azərbaycan əhalisinin sosial-iqtisadi inkişafını yeni səviyyəyə qaldırmaq üçün proqramları reallaşdırmağa başlayacaq. Qeyri-neft srktorunun hesabına ÜDM-in iki dəfə qaldırılması niyyətinin də mahiyyəti bundan ibarətdir. Rəsmi Bakı iri problemləri həll edib, iqtisadi problemləri aradan qaldırıb və makroiqtisadi göstəriciləri yaxşılaşdırıb. 2013-cü ilin sonlarınadək bütün Azərbaycan üzrə əsas infrastruktur layihələrin reallaşması başa çatacaqdır. Azərbaycan Respulikasının əksər yaşayış məskənləri o cümlədən,ucqar kəndlər yol, daimi elektrik enerjisi, davamli təbii qaz və etibarlı rabitə ilə təmin olunacaqlar.Bundan sonra isə hər şey bir-başa əhalinin məişətinin, güzəranının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərəcəkdir. Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyətini tənqid etməyi əmr etmiş İran rəhbərliyi apardıqları siyasətin inkişaf istiqamətinə baxsın və özlərini Azərbaycan Respublikası ilə müqayisə etsinlər. Azərbaycan Respublikası problemlər bataqlığından problemsizliyə doğru istiqamət götürüb; İran isə əksinə.

Mənəviyyatla da bağlı məsələlərdə vəziyyət belədir: Azərbaycanda qloballaşmanın indiki, internetə heç bir maneçiliyin olmadığı dövründə Azərbaycan gəncləri həm təhsil, həm də əxlaq baxımından nəinki geriləmirlər, əksinə, irəliləyirlər. Amma İran kimi daim islam mənəviyyatından danışan, internet üçün məhdudiyyəti olan totalitar rejimdə 60 min fahişənin, 9325 QİÇS xəstəsinin necə əmələ gəldiyini izah edə bilmirlər. İranın Azərbaycana qarşı işləyən mətbu orqanlarının gey paraddan bu qədər danışmaqlarının əsas səbəbləri də, ola bilər, İranın özünün Azərbaycanda gey-parad təşkil etmək istəməsilə bağlı olsun. Bu qədər çoxsaylı QİÇS xəstəsinin olması İranda kifayət qədər gey parad bazasının olduğunu ehtimal etməyə əsas yaradır.

Dağlıq Qarabağ məsələsi də İran hakimiyyətinin yaratdığı mətbu orqanlarında eybəcər və rüsvayçı şəkildə təsvir olunur. Xocalı soyqırımı günü İranın azərbaycandilli mətbu orqanları "guya" modal hissəciyi işlətməklə Xocalı soyqırımı ilə bağlı Azərbaycan tərəfinin yayımladığı məlumatları şübhə altına aldı; xəbərin digər hissəsində isə Xocalı hadisələri ilə bağlı erməni tərəfinin yaydığı məlumatları təqdim etdi. Bu azmış kimi İran televiziya kanallarında Azərbaycan xəritəsi Qarabağsız göstərilir. İranın azərbaycandilli mətbu orqanları bununla onları yaradanın və rəhbərlik edənlərin əxlaqını nümayiş etdirir.

Hər halda İran tərəfi öz ölkəsinin Xarici İşlər Nazirliyinin Beynəlxalq Məsələlər və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Mustafa Dövlətyara inanır. Bakıda İslam ölkələri beyin mərkəzlərinin keçirdiyi beynəlxalq konfransda M.Dövlətyarın verdiyi bəyanatlar və çıxışın Azərbaycan və İran İslam Respublikasının mətbu orqanlarında necə əks olunmasını müqayisə etsələr hər şey aydın olacaq.

İranın mətbu orqanlarının fəaliyyəti əsla bizi narahat etmir; bəlkə də faydalıdır: İran rəhbərliyinin həqiqi mövqeyini tanıyırıq, bilirik; İran boyda dövlətin özünü bizə düşmən göstərməsindən isə güclənmək, qüdrətimizi artırmaq istiqamətində istifadə edirik.

Bizim üçün bütövlükdə İran antiazərbaycan mahiyyətlidir. Ali dini lider əslən azərbaycanlı S.Ə.Xamneyinin əvvəlki prezidentlər S.H.Rəfsəncani və M.Xatəmiyə antiazərbaycan göstəriş vermədiyi halda indiki prezident M.Əhmədinejata Azərbaycan Respublikası əleyhinə fəaliyyət aparması göstərişini verməsi ehtimalını heç vaxt diqqətdən kənarda qoymamışıq. Ali dini lider S.Ə.Xamneyinin M.Əhmədinejada belə göstəriş verməsinin ikibaşlı mənası ola bilər. Ali dini lider M.Əhmədinejadın seçilməsindən, onun fəaliyyətindən narazı qaldığı üçün onu siyasi fiqur kimi sıradan çıxarmaq məqsədilə belə bir göstəriş verə bilər. Bu göstərişin digər başı isə Ali din liderin azərbaycanlı mənşəyinin iranvari siyasətdə təcəssümüdür. "Mən azərbaycanlı öz azərbaycanlılarıma, hətta yaxınlarıma qarşı mübarizə apardım ki, fars dövləti yaşasın". ər halda Mahmud Əhmədinejadın komandası ilə birlikdə iflasda olması aşkar göz qabağındadır.

Digər xəbərlər