PDF Oxu

Sosial

  • 5

“Azərbaycan sülh danışıqlarını davam etdirəcək”

“Azərbaycan sülh danışıqlarını davam etdirəcək”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların nəticəsiz qalmasına baxmayaraq, Azərbaycan sülh danışıqlarını davam etdirəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində demişdir. Ümidvaram ki, Ermənistan rəhbərliyi nəhayət ortaq həll yolu tapmaq üçün siyasi müdriklik göstərəcəkdir, - deyən nazir vurğulamışdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və 20 ildir Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. BMT Təhlükəsizlik Şurası işğal altında olan ərazilərdən erməni qoşunlarının qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələr qəbul etsə də, Azərbaycanın torpaqları hələ də işğal altındadır.

Digər xəbərlər